Azərbaycanlı aktyordan teatrların bağlanmasına orijinal reaksiya - Video

Azərbaycanlı aktyordan teatrların bağlanmasına orijinal reaksiya - Video
3 sentyabr 2021
# 14:16

Rus Dram Teatrının aktyoru Yaroslav Trifonov koronavirus səbəbi ilə teatrların qapadılması barədə “Teatrın tənhalığı” adlı videoçarx hazırlayıb.

Bu barədə Kulis.aza aktyor özü məlumat verib. O, bildirib ki, teatr səhnəsində rus dilində hazırlanan videonun ideya müəllifi və rejissoru özüdür. Mətn, işıq və montaj isə Emil Hüseynova məxsusdur. Səhnəyə çıxan aktyor teatrın obrazını yaratmağa, teatrı ifadə etməyə çalışır.

“Videonun ideya müəllifi mənəm. Aktyorun geyimlərindən tutmuş, qrimə qədər hamısını özüm etmişəm. Səsləndirdiyim şeirin müəllifi, işıqlandırma, montaj isə dostum Emil Hüseynova məxsusdur. İdeya haqqında Emilə deyəndə o, məni dəstəklədi və bu videonu çəkməyi qərara aldıq. Videonu Rus Dram teatrında çəkmişik. Bunun üçün teatrın direktoruna müraciət etdim, O, da bizə icazə verdi. Burada heç bir maddi təmənna yoxdur. Sadəcə olaraq mən teatrı çox sevirəm və teatrsız darıxıram. Teatra daş, divar, bina kimi baxmıram. Mənə görə teatr canlı sənət növüdür, onun da ürəyi var. İndi isə iki ildir ki, teatra insan ayağı dəymir. O, darıxır. Videoda da görəcəksiniz ki, səhnədəki aktyor kimi teatrı ifadə edirəm.”

Videoda teatr səhnəsinə təkbaşına çıxan aktyor teatrın obrazını yaradır.

# 4006 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər