Azərbaycan və İran Milli Kitabxanaları arasında memorandum imzalanıb

Azərbaycan və İran Milli Kitabxanaları arasında memorandum imzalanıb
8 iyun 2021
# 17:11

İyunun 8-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Q.Əli Purmərcan Milli Kitabxanada olub.

Kitabxanadan Kulis.az-a verilən məlumata görə, Azərbaycan Milli Kitabxanası ilə İran İslam Respublikasının Milli Kitabxana və Arxivi ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Qonaqları salamlayan direktor Kərim Tahirov əməkdaşlıq memorandumunun əlaqələrin daha da möhkəmlənməsinə, genişlənməsinə səbəb olacağını bildirib.

Səfir Seyid Abbas Musəvi isə hər iki ölkənin münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb: “Böyük iftixar hissi ilə bildirmək istəyirəm ki, hər iki ölkənin iqtisadi, siyasi sahədə inkişaf edən yaxınlığı mədəniyyət sahəsində də imzalanan bu memorandumdan sonra daha da möhkəmlənəcəkdir. Həmçinin, qeyd etmək istəyirəm ki, İran dünyanın ən zəngin kitab bazalarından birinə malikdir və hər il keçirilən beynəlxalq kitab sərgiləri buna əyani sübutdur. Bildirmək istəyirəm ki, bu il Azərbaycanda cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə “Nizami Gəncəvi ili” elan olunması hər iki ölkənin kitabxana sahəsində Nizami Gəncəvi əlyazmalarının mübadiləsi bu əməkdaşlığın ilkin göstəricisi olacaqdır”.

O, qeyd edib ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimovla görüşərkən İran kitabxanalarında saxlanılan qədim əlyazma nüsxələrinin Azərbaycan Milli Kitabxanasına verilməsi barədə razılığa gəlinib. Həmçinin, o, qeyd edib ki, Nizami Gəncəvinin “Xosrov və Şirin”, “Sirlər xəzinəsi” əsərləri Azərbaycan dilinə tərcümə olunub, yaxın zamanlarda “Yeddi gözəl” poemasının da tərcüməsi nəzərdə tutulur.

Sonra İran İslam Respublikasının Milli Kitabxana və Arxivinin müdiri Əşrəf Boroujerdi çıxış edərək hər iki ölkənin nümayəndə heyətini salamlayaraq tədbirin təşkilinə görə Milli Kitabxanaya öz təşəkkürünü bildirib. Xanım Əşrəf Boroujerdi qeyd edib ki, İran Mərkəzi Kitabxanasında Nizami Gəncəvinin 192 əlyazması, 1 daş kitabəsi və UNESCO-da qeydə alınan “Xəmsə”nin ən qədim nüsxəsi saxlanılır: “Məhz Azərbaycanda “Nizami Gəncəvi ili” çərçivəsində bu sahədə də əməkdaşlığımızı genişləndirə bilərik”.

Daha sonra qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olublar və “Heydər Əliyev guşəsi”, “Beynəlxalq Əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi”, “Açıq kitabxana” bölmələrində xatirə şəkili çəkdirib və kitabxana fondu ilə tanış olublar.

# 2903 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər