Azərbaycan filmi Amerikada qalib oldu

Azərbaycan filmi Amerikada qalib oldu
16 mart 2021
# 09:48

Hacı Zeynalabdin Tağıyev barədə çəkilən “100 illik şərəfli ömür” filmi “Hollywood Blood Horror” festivalının jurnalında qalib olmuş filmləri sırasında yer alıb.

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

O bildirib ki, ABŞ Nümayəndələr Palatasının dəstəyi ilə keçirilən “The Broadway International Film Festival”ı pandemiyaya görə 2020-ci ildə keçirilməli olan festival seçimini 2021-ci ilə təxirə saldı. Filmimiz festivalın jurnalında qaliblər sırasına göstərilib. Keçən ay “100 illik şərəfli ömür” filmi festivalın sertifikatına layiq görülmüşdü, indi isə qalib filmlər sırasındadır.

C.Qasımov deyib ki, Hacı Zeynalabdin Tağıyev barədə çəkilən “100 illik şərəfli ömür” filmi artıq Avropadan, ABŞ-dan 11 mükafat alıb. Film hətta Lissabon şəhərində keçirilən “Heritales - International Heritage Film Festival”da da fərqlənib. Lissabon Universiteti ekran əsərini 2022-ci ilə qədər dünya irsini öyrənmək və tələbələrə göstərmək məqsədilə bizlə müqavilə bağlayıb. “100 illik şərəfli ömür” filmi tələbələr arasında bəyənildiyinə görə universitetlə müqaviləmiz bir il də uzadılıb. Bizim məqsədimiz Hacı Zeynalabdin Tağıyevi dünyada tanıtmaqdır.

Redaktoru Əkbər Qoşalı olan sənədli filmdə mətni Xalq artisti Eldost Bayram oxuyub.

Qeyd edək ki, “The Broadway International Film Festival Los-Angeles (BIFFLA)” 14 illik festivaldır və ABŞ Nümayəndələr Palatasının dəstəyi ilə Los-Ancelesdə keçirilir.

# 3829 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər