Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə konsert verildi

Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə konsert verildi
26 iyun 2020
# 16:35

Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan konsert proqramı hazırlanıb.

Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyan, təhlükəsizliyini və müdafiəsini təmin edən Silahlı Qüvvələrin yaradılmasının 102-ci ildönümünə həsr olunan proqramın çəkilişləri Mərkəzin interyer və eksteryerində, tamaşaçıların iştirakı olmadan aparılıb.

Konsertdə Xalq artistləri Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Əməkdar artistlər Manana Caparidze, Lalə Məmmədova, Nurlan Növrəsli, tanınmış müğənnilər Samirə Allahverdiyeva, Sevda Yəhyayeva, Günay İbrahimli, Ayaz Qasımov, Elnur Məmmədov və Elçin Cəfərov vətənpərvərlik mahnıları təqdim ediblər.

Proqramda Silahlı Qüvvələrin tərkib hissəsi olan Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin nümayəndələrinin, Qarabağ müharibəsi iştirakçısının fikirləri də əksini tapıb.

Konsert iyunun 26-da saat 21:30-da Azərbaycan Televiziyasında (AZTV) və İctimai Televiziyada yayımlanacaq./azertag.az/

# 5224 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər