Azərbaycan Müsəlman incəsənət və mədəniyyət festivalında təmsil olundu - İlk dəfə

Azərbaycan Müsəlman incəsənət və mədəniyyət festivalında təmsil olundu - İlk dəfə
5 aprel 2021
# 19:00

Bu il Müsəlman incəsənət və mədəniyyət festivalı ilk dəfə beynəlxalq miqyasda təşkil olunub və ölkəmiz Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə həmin tədbirdə təmsil olunub.

Kulis.az xəbər verir ki, festival islamofobiya ilə mübarizə, həmçinin müsəlman və qeyri-müsəlman icmaların bir araya gətirilməsi məqsədilə keçirilir. MACFEST-in qurucusu və icraçı direktoru Qaisra Şahrazın ev sahibliyi ilə baş tutan festivalda BBC-nin məşhur jurnalistləri, keçmiş diplomatlar iştirak ediblər. Bu mötəbər tədbirdə ölkəmizi müxtəlif sahələr və qurumlardan səlahiyyətli şəxslər, tanınmış mədəniyyət və incəsənət xadimləri təmsil ediblər.

Videoformatda baş tutan tədbir iştirakçılarına ölkəmizdəki xristian (Alban) və müsəlman tarixi abidələrinə aid videoçarx təqdim edilib, dini abidələrin tarixi ilə bağlı ətraflı məlumat verilib. Festivalda, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri haqqında geniş informasiya çatdırılıb, milli mətbəximiz, milli geyimlərimiz, Qarabağ atları haqqında videomateriallar nümayiş olunub, milli mədəniyyətimizin tarixində özünəməxsus yeri olan xalçaçılığımız barədə ətraflı məlumat verilib.

Beynəlxalq festivalda Azərbaycanın təbii və tarixi gözəlliklərini əks etdirən videoçarxlar da nümayiş olunub.

Tədbirin sonunda Azərbaycanın milli musiqi nümunələri səsləndirilib.

Festivalda Azərbaycanın iştirak layihəsinin müəllifi Mançester Universitetinin məzunu Leyla Qasımova olub.

# 2168 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər