Azərbaycan-İsrail istehsalı olan filmin çəkilişi başa çatdı: “Əgər səni unutsam, ey Qüds”

Azərbaycan-İsrail istehsalı olan filmin çəkilişi başa çatdı: “Əgər səni unutsam, ey Qüds”
13 avqust 2021
# 17:24

Tanınmış kinorejissor, ssenarist və prodüser Rüfət Əsədovun çəkdiyi “Əgər səni unutsam, ey Qüds” adlı sənədli filmin çəkilişləri yekunlaşıb.

Azərbaycan–İsrailin birgə istehsalı olan filmin çəkilişlərinə 2016-cı ildə başlanıb. Çəkilişlər Azərbaycanda – Bakı şəhərində, İsmayıllı rayonunun Müci-Qaftaran kəndində, İsraildə isə Qüds, Təl-Əviv və Hayfa şəhərlərində aparılıb.

Filmdə dağ yəhudisi Rəşid Ağayevin həyatından bəhs olunur. Ekran əsərində dağ yəhudilərinin Azərbaycanda yaşam tarixindən bəhs edilir. Filmdə Azərbaycandan olan yəhudilərin harada yaşamalarından asılı olmayaraq hər zaman Azərbaycanı xatırladıqları, sevdikləri bir daha nümayiş edilir.

Qeyd edək ki, rejissorun daha əvvəl çəkdiyi “Vahimə”, “Quba yəhudiləri”, “Antropoloji sənəd”, “Kənddə sonuncu yəhudi” və s. filmlər ABŞ, Xorvatiya, Fransa və digər ölkələrdə keçirilən nüfuzlu kinoforumlarda uğurla iştirak edərək mükafatlara layiq görülüb. Rüfət Əsədov Dağ Yəhudilərinin Mədəniyyət və Ənənələrinin Qorunub Saxlanılması Beynəlxalq Xeyriyyə Fondunun təsis etdiyi Sergey Vaynşteyn adına mükafatın laureatıdır.

# 2380 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər