AzTV-nin yaranması münasibətilə film çəkilib

AzTV-nin yaranması münasibətilə film çəkilib
13 fevral 2021
# 13:20

Milli televiziyanın yaranmasının 65 illiyi münasibətilə sənədli film çəkilib.

Kulis.az xəbər verir ki, bu gün Azərbaycanda Milli Televiziya Günüdür. Azərbaycan Televiziyasının 65 illik yubileyi ilə bağlı “Mehdi Hüseyn küçəsi, 1” adlı sənədli film çəkilib.

Hazırlığı və çəkilişi 4 aya yaxın davam edən filmdə simvolik olaraq 65 müsahibin fikirlərinə yer verilib. 65 dəqiqəlik sənədli filmdə arxiv kadrlardan geniş istifadə olunub. “Mehdi Hüseyn küçəsi, 1”də TV-nin yarandığı vaxta qədər radionun rolu, televiziyanın ilkin inkişaf mərhələləri, kino sahəsinin mütəxəsislərinin burada iştirakı və digər xronoloji ardıcıllıqlardan bəhs edilib.
Sənədli filmin əsas xətti isə ümumilikdə 95 illlik teleradio tarixində Azərbaycan Televiziya və Radiosunun 3 müharibənin şahidi və iştirakçısı olmasıdır: Böyük Vətən müharibəsində radio ilə, Birinci Qarabağ və Vətən müharibəsində isə TV kanalı ilə.

Qeyd edək ki, Şərqdə ilk televiziya 1956-cı ildə Azərbaycanda fəaliyyətə başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk efir günü ekranda mərhum aktrisa Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

Ssenari müəllifləri Rüfət Həmzəyev və Ülviyyə Heydərova, quruluşçu rejissoru Elnur Məmmədov olan sənədli filimin operatorları Cavid Əliyev və Oqtay Qasımovdur.

“Mehdi Hüseyn küçəsi, 1” fevralın 14-ü saat 22:40-da AzTV-də yayımlanacaq.

# 3851 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər