Avstryada yaşayan bəstəkar "Qarabağ marşı" bəstələdi - Video

Avstryada yaşayan bəstəkar "Qarabağ marşı" bəstələdi - Video
13 oktyabr 2020
# 12:51

Avstriyada yaşayan gənc bəstəkar Aria Torkanbouri Ermənistanın işğalçılıq siyasətinə qarşı Vətən müharibəsində rəşadətlə döyüşərək düşmənə sarsıdıcı zərbələr vuran müzəffər Azərbaycan Ordusuna ithaf olunan “Qarabağ marşı” adlı mahnı bəstələyib.

Kulis.az xəbər verir ki, şair Azəryar Danışvərin sözlərinə bəstələnmiş milli-vətənpərvərlik ruhundakı əsər Azərbaycan xalqının əzəli torpaqlarına, qədim Qarabağ yurduna qovuşmaq istəyini təcəssüm etdirir.

Gənc bəstəkar bildirib ki, son həftələrdə baş verən hadisələri yaxında izləyərkən xalqımızın və ordumuzun qəlbən yanında olduğumu ifadə etmək və əsgərlərimizi yeni qələbələrə ruhlandırmaq üçün əsər bəstələmək qərarına gəlib. “Qarabağ marşı”nı Vyana Rixard Vaqner Konservatoriyasının tələbəsi Fərhad Soltani səsləndirib.

Simfonik orkestr üçün bəstələnmiş marş bu misralarla bitir:

Qarabağ Yurdumun ürəyidir,

Diləyi xalqımın diləyidir.

Ayrılarmı könül candan?

Ayrılmaz ki Azərbaycan

Qarabağdan, Qarabağdan, Qarabağdan!

“Qarabağ marşı”nı aşağıdakı link vasitəsilə dinləmək mümkündür: /azertag.az/

# 4467 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər