Aşıq Ələsgərin şeirləri toplanan yeni kitab çap olundu

Aşıq Ələsgərin şeirləri toplanan yeni kitab çap olundu
29 yanvar 2021
# 13:25

Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustadlar ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Aşıqlar Birliyi bir sıra tədbirlər həyata keçirməyi nəzərdə tutur. Artıq bu istiqamətdə ilk addım da atılıb – ustadın lirik şeirlərindən ibarət kitab oxucuların ixtiyarına verilib.

Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, hələ ötən ilin sonlarından bu yubileylə bağlı hazırlıq işlərinə başlanılıb: “İlk olaraq Aşıq Ələsgərin daha çox dillər əzbəri olan lirik şeirlərindən ibarət kitab nəşrə hazırlanıb. Kitabın Aşıq Ələsgərin indiyədək nəşr olunmuş kitablarından fərqi ondan ibarətdir ki, ilk dəfə olaraq kitaba daxil edilmiş şeirlərin bütün aşıq mühitləri nəzərə alınmaqla hansı aşıq havaları üstündə oxuna bilməsi haqqında da məlumat verilir. Eləcə də, şeirlərdə işlədilmiş arxaizmlərin və ərəb-fars mənşəli sözlərin izahlı lüğəti də verilib”.

Bildirilib ki, Aşıq Ələsgər irsinin toplanması və nəşrində əvəzsiz xidmətləri olan H.Əlizadə, M.H.Təhmasib və İ.Ələsgərin indiyədək hazırladıqları kitablar və eləcə də ustad aşıqların repertuarları əsasında hazırlanmış kitab saz-söz ictimaiyyəti və aşıq sənətinin tədrisi ilə məşğul olan ixtisas məktəbləri üçün nəzərdə tutulur.

Qeyd edək ki, kitabı nəşrə hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.

# 3771 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər