Anar müharibədən danışdı: “Ziyalı sözünə ehtiyac var”

Anar müharibədən danışdı: “Ziyalı sözünə ehtiyac var”
15 iyul 2020
# 12:46

“Erməni təxribatçılarını şiddətli şəkildə qınayıram”.

Bu sözləri Xalq yazıçısı Anar Kulis.az-a açıqlamasında son günlər baş verən hadisələrdən fikir bildirərkən söyləyib.

“Şəhidlərimizə Allah rəhmət eləsin. Ordumuzla qürür duyuram. Dövlətimizin, millətimizin, vətənimizin, torpağımızın tərəfində olmalıyıq. Düşmənlə mübarizə aparmalıyıq, bir-birimizlə yox”.

Yazıçı bu gün ziyalı sözünə daha çox ehtiyac duyulduğundan da danışıb:

“Belə anlarda da, həmişə də ziyalı sözünə ehtiyac var. Təki sözümüzü eşidən olsun. Xalqa sözüm odur ki, heç bir təxribata uymasınlar, bir olsunlar. Bu gün ən vacib olan şey birlikdir”.

Xalq yazıçısı sonda arzularını dilə gətirib:

“Qarabağın azad olmağını istəyirəm. Dinc yollamı, müharibə yoluylamı bilmirəm, onu tarix göstərəcək. Mən yalnız onu istəyirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin”.

# 6153 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər