Alman tarixçi Üzeyir bəydən yazdı

Alman tarixçi Üzeyir bəydən yazdı
2 fevral 2021
# 15:28

Almaniyalı məşhur türkoloq Tomas Vayberq dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli haqqında məqalə dərc etdirib.

Kulis.az xəbər verir ki, materialda bəstəkarın tərcümeyi-halı barədə qısa məlumat verən müəllif daha sonra Şuşa haqqında söhbət açır və qeyd edir ki, Üzeyir Hacıbəylinin anası şairə Xurşidbanu Natəvan ilə bir yerdə böyüyüb.

Almaniyalı alim yazır: “Mən opera sənətinin sərrafı kimi deyə bilərəm ki, Hacıbəyli yaradıcılığının öyrənilməsinə sərf etdiyim illər ərzində onun melodiyalarının pərəstişkarına çevrilmişəm, Azərbaycan musiqisinin gözəlliyini özüm üçün kəşf etmişəm”.

Qarabağda Şuşa ətrafındakı bölgə ta qədimdən Azərbaycan mədəniyyətinin ən mühüm mərkəzlərindən biri sayılır və bu baxımdan poeziya, musiqi xüsusi rol oynayır. Vayberq yazır ki, çox vaxt “Qafqazın konservatoriyası” adlandırılan Şuşa 1990-cı illərin əvvəlində ermənilər tərəfindən başlanmış müharibə zamanı vəhşicəsinə dağıdılıb.

Müəllif məqalənin sonunda yazır: “İndi isə ilk dəfə 1912-ci ildə Bakıda səhnəyə qoyulmuş “Leyli və Məcnun” operasının videoyazısını təqdim edirik”. Bu sözlərdən sonra “YouTube” videoportalında həmin videoyazının linki yerləşdirilib.

# 3104 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər