Alimlərimiz Əlişir Nəvai konfransında

Alimlərimiz Əlişir Nəvai konfransında
14 aprel 2021
# 17:56

Dünya ədəbiyyatı dahi klassiklərindən olan Əlişir Nəvainin 580 illiyi qardaş Əfqanıstan İslam Respublikasında - şairin doğulduğu və yaşayıb-yaratdığı Herat torpağında el bayramı kimi keçirilib.

"Həzrət Əmir Əlişir Nəvainin düşüncələrini yenidən öyrənmək" adlı beynəlxalq elmi konfransa Əfqanıstan alimləri ilə yanaşı, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistandan olan nəvaişünas alimlər dəvət olunub.

Konfransa ölkəmizi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, nəvaişünas alim, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova və AMEA A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı təmsil edib.

Konfransın ilk günü - plenar iclasda konfrans iştirakçılarının təbrik nitqləri dinlənilib, Azərbaycan alimlərinin hər ikisi təbrik nitqi söyləyərək konfransın təşkilat komitəsinə öz kitablarını hədiyyə ediblər. İkinci gün isə bölmə iclasında filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın "Əlişir Nəvainin elmi-filoloji və dini-təsəvvüfi əsərləri", dosent Mübariz Ağalarlının isə "Əmir Əlişir Nəvai dövründə Azərbaycan dövlətləri ilə Teymurilər dövləti arasında siyasi və diplomatik münasibətlər" adlı məruzələri dinlənilib.

Konfransın üçüncü günü Heratın tarixi yerlərinə - Əlişir Nəvainin məqbərəsi, Gövhərşad Bəyim Camisi, İskəndər Qalası və s. səyahət konfrans iştirakçılarının ürəyincə olub.

Konfransın dördüncü günü Kabil şəhərində bir sıra görüşlər keçirilib. Azərbaycandan olan alimləri Əfqanıstan İslam Respublikası Elmlər Akademiya¬sının prezidenti Abdul Zahir Şakib ilə görüşərək əməkdaşlıq barədə söhbətlər ediblər.

Bütün konfrans iştirakçıları azərbaycanlı alimləri Qarabağın düşmən tapdağından azad edilməsi münasibətilə təbrik ediblər.

Konfrans iştirakçılarına Əfqanıstan istehsalı lacivərd daşından hazırlanmış Əlişir Nəvainin barelyefi, konfransın materiallarının yer aldığı kitabı və Əlişir Nəvai yaradıcılığını özündə əks etdirən stolüstü təqvim hədiyyə edilib. /azertag.az/

# 3024 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər