Aktyordan sarsıdıcı açıqlama: “Sən demə...”

Aktyordan sarsıdıcı açıqlama: “Sən demə...”
13 iyul 2021
# 13:15

“Var ucuz ölüm, var çox ucuz ölüm. Cibindən pul verib, çox ucuza alına bilən ölüm kimi məsələn...”

Bu sözləri narkotik maddələrə aludə olan gənclərlə bağlı aktyor-ssenarist Taleh Yüzbəyov öz feysbuk hesabında yazıb. O, daha sora əlavə edib:

“Küçədə gedəndə yəqin sizə də arıq, rəngi solmuş, damaqları qaralmış, dərisində yaralar olan cavan qız və ya oğlanlar yaxınlaşıb. Hərəsi bir bəhanə ilə pul istəyir. Kimisi yolda qalıb, kimisi acdır, kimisi isə guya dərman alacaq. O "dərman" isə sən demə, ən ucuz və ölümcül narkotik imiş. Ona gah "şüşə" deyirlər, gah "patı", gah da nə bilim nə. Və bu cür adamlar axır vaxtlar həddindən artıq çoxdur. Bilmirəm, o vasitələri kim gətirir, necə satır, amma bunun qarşısı alınmalıdır. Mütləq şəkildə qarşısı alınmalıdır Böyük bir nəsil aludəçi yaranıb artıq. Biz uşaq olanda "Narkomaniya bəladır" adı altında tədbirlər keçirilirdi, rəsmlər çəkirdik və s. İndi bu vasitələr effektiv deyil. Hətta adı da gülməli gəlir artıq. Nəsə bir yeni formada hələ həyatı dadmamış uşaqlara o zəhrimarı dadmaqdan çəkindirmək lazımdır. Saat əqrəbləri gələcəyimiz üçün tərsinə getməyə başlayıb artıq”.

# 3124 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər