7 ildir eyni dilənçinin qucağındakı körpə - Bu uşaq niyə böyümür?

7 ildir eyni dilənçinin qucağındakı körpə - Bu uşaq niyə böyümür?
8 may 2025
# 12:10

Kulis.az Səbinə Əvəzqızının yeni yazısını təqdim edir.

Dilənçilərin əksəriyyəti bizi həmişə ən zəif yerimizdən yaxalamağa çalışırlar. Mərhəmət duyğularımızı istismar, lap elə sui-istifadə edirlər.

Facebook sosial platformasında bir istifadəçinin paylaşımı diqqətimi çəkdi:

“7 ildir ki, 20 Yanvar metrosunun qarşısına gəlib gedirəm, elə həmişə də bu qaraçını görürəm...

Bu illər ərzində dişlərim töküldü, saçlarım ağardı, dəfələrlə müalicə olundum və yaşlandım, amma bu qaraçı qadın, nə qocalır nədə ki, qucağındakı uşaq böyüyür.

Ay tova maaa qəribə gəlir”.

Həqiqətən qəribədir, illərlə bu balacalar heç “böyümək” bilmir.

Onların fotolarını da paylaşıb. Baxırsan ki, zalım qızı “top kimi”dir. Digər bir xanım istifadəçinin məsələyə münasibəti bir az sərt olsa da, haqsızsan deyə bilmirik: “Bunlar dünyaya uşaq gətirmirlər sanki, balalayır, yumurtlayırlar və s. Şüur yox, düşüncə yox. Bəxtəvər adamdılar, heç bir elmdən xəbərləri yox, dünyadan anlayışları yox. Parazit kimi onun-bunun hesabına yaşamağı fəxr edənlərdir”.

“Parazit” ifadəsini qəbullanmasam da, amma onların tənbəl olduğunun dəfələrlə şahidi olmuşam. Müəllimə anam həm də həyatdan dərs verirdi mənə. O, bir dəfə dedi ki, həqiqətən də dilənməkdən başqa çarəsi olmayan birini görəndə ona iş təklif elə: “Denən ki, gəl gedək bizə, ev işlərində mənə kömək et, məsələn, bir döşək çırp, zibilləri daşı, bunun əvəzində də əməkhaqqını al. Gördün ki, dilənən şəxs sağlamdır, gümrahdır ona sədəqə yox iş ver. Əgər həmən razılaşsa, iş gördürmədən belə, təşəkkür et və ürəyindən, cibindən qopan bir yarım et, əl uzat. Yox razılaşmasa, üzünü çevir get. Yoxsa bu millət yorulmadan, müftə pul qazanmağı özünə utanc bilməyəcək”.

Bu sözlər qulağımda sırğa olub. Hər dəfə gümrah dilənçi görəndə deyirəm, evdə yorğan-döşəyi günə vermək lazımdır, əməliyyatlıyam edə bilmirəm, gəl gedək mənə kömək elə sənə əmək haqqını yetərincə verəcəm. Uzun illərdir ki, hələ bu təklifimə razı olanı görmədim. Bir bəhanə ilə “aradan çıxırlar”. Oturduğu yerdən “qazanır”, mənim əziyyətimi niyə çəksin ki?

Bu başqa məsələdir ki, qarşında doğurdan da pul qazanmağa heç bir gücü-qüvvəsi olmayan, dilənməyə xəcalət çəkən, doğurdan da sənin mərhəmətinə ehtiyacı olan birisi də olur. Bu cürləri onsuz da üz-gözündən bəlli edirlər özlərini. Ona yardım edib etmək də təbii ki, məcburi deyil, bu, qalıb sənin insafına.

Yenə qayıdaq paylaşımda gedən müzakirələrə. Bu dəfə kişi istifadəçisi qəzəblənib:

“Öküzə oxşayır (ifadəni doğru hesab etmirik, sadəcə istifadəçinin reaksiyasını olduğu kimi təqdim edirik-müəllif), sağlamdır getsin qab yusun, xadimə işləsin. Bundan da yaşlıları işləyir. Bunlara pul vermək lazım deyil”.

Deməli belə, barəsində söhbət gedən xanımı heç bir canlıya oxşatmadan demək istəyərdim ki, ay bacım, o qazandığın pullardan bir dəfə Aptekə get və doğuşa nəzarət dərmanı al. Bu qədər doğub nə etmək istəyirsən ki? Bizi mərhəmətdən, yaxşılıq etməkdən irgəndirməyin!

# 1731 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər