65 il əvvəl oğurlanan heykəl Türkiyəyə qaytarıldı

65 il əvvəl oğurlanan heykəl Türkiyəyə qaytarıldı
15 aprel 2025
# 17:00

1960-cı illərdə Türkiyənin Boubon şəhərindən qeyri-qanuni yollarla ölkədən çıxarılan və Roma imperator Marcus Aureliusun filosof obrazında təsvir edildiyi bürünc heykəl Klevlend İncəsənət Muzeyində keçirilən rəsmi mərasimlə Türkiyəyə təhvil verilib.


Kulis.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Gökhan Yazqı sosial şəbəkə hesabında etdiyi paylaşımda məlumat verib. Gökhan Yazqı onu da vurğulayıb ki, heykəlin qaytarılması üçün təxminən 65 ildir ki, elm, diplomatiya və mədəniyyət sahəsində işlər görülürdü.


Əsər Türkiyəyə gətirilməzdən əvvəl üç ay müddətində Klevlend İncəsənət Muzeyində xüsusi sərgi çərçivəsində ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, bu tarixi əsər iyul ayında Türkiyədə öz mədəni konteksti daxilində sərgilənəcək.

# 2427 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər