55 milyonluq ada, 200-ə yaxın ev - Sərvətini mülkə yatıran məşhurlar

55 milyonluq ada, 200-ə yaxın ev - Sərvətini mülkə yatıran məşhurlar
16 oktyabr 2024
# 09:47

Uzun illər sənət ictimaiyyətində olan bəzi məşhur adlar maliyyə qənaətlərinin böyük bir hissəsini daşınmaz əmlaka yatırırlar. Bəzi insanlar tənha yay bölgəsində ada alarkən, bəziləri İstanbulun mərkəzi yerlərində mənzil sahibi olmağa üstünlük verir.

Kulis.az sənət dünyasının daşınmaz əmlakla zəngin 5 məşhurunu təqdim edir.

90-cı illərin sonlarında yayımlanan “Deli Yürek” serialı ilə şöhrət qapılarını açan Kənan İmirzalıoğlu 20 ildən artıqdır ki, çoxsaylı layihələrdə kamera qarşısına keçib. Aktyorluqdan əldə etdiyi gəliri əsasən daşınmaz əmlaka yatırdığı bilinən məşhur aktyor köhnə tikililəri bərpa edib həyata qaytarmağa üstünlük verir. İmirzalıoğlunun Tekirdağ, Cihangir və Tarlabaşı bölgələrində də torpaqlarının olduğu bildirilir.

“Kurtlar Vadisi” serialından sonra tənha həyat sürən məşhur aktyor uzun müddət ABŞ-da yaşayır. Ancaq yenə də daşınmaz əmlak investisiyalarını Türkiyədə etməyə üstünlük verir. Bəzi mənbələr Necati Şaşmazın Fənərbaxçada 2 milyon 600 min dollara iqamətgah aldığını iddia edir. Digər iddialar arasında onun Ataşehirdə 50, Şişli Bomontidə 18 mənzilinin olması da var.

Məşhur müğənni Sibel Canın İstanbulun müxtəlif məhəllələrində 50-yə yaxın mənzili olduğu deyilir. Nakkaştəpə, Beykoz, Levent və Bodrumda evləri olduğu bilinən sənətçi xaricə investisiya etmək üçün Amerikaya üstünlük verir.

Gənc yaşlarında məşhurlaşan müğənni və aktyor Emrah İpekin İstanbulda 200-ə yaxın evi olduğu iddia edilir. Emrah İpek daşınmaz əmlak investisiyası üçün Etiler və Leventə üstünlük verir.

Emrahın Floryada 2 milyon dollarlıq idman obyekti də var.

Hülya Avşar 2020-ci ildə 55 milyon dollar ödəyərək Ayvalıkda ada alıb. Digər tərəfdən, məşhur sənətçinin Sarıyerdə malikanəsi, Ayvalıkda bağ evi, Tarabya və Etilerdə mənzillərinin olduğu məlumdur.

Avşarın Londonun ən böyük rezidensiyalarından biri olan Pan Peninsula Tower-də də mənzilləri var.

# 2449 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər