50 film "Sarayevonun qəlbi"ni qazanmaq üçün yarışacaq

50 film "Sarayevonun qəlbi" ni qazanmaq üçün yarışacaq
24 iyul 2025
# 10:34

31-ci dəfə həyata keçirilən Sarayevo Film Festivalında 50 film "Sarayevonun qəlbi" mükafatı uğrunda yarışacaq.

Kulis.az xəbər verir ki, festivalın direktoru Yovan Maryanoviç, digər rəsmilər Asya Krsmanoviç və Elma Tataraqiç ilə birlikdə mətbuat konfransı keçirərək bu barədə məlumat veriblər.

Ekran əsərləri "Ən yaxşı film", "Ən yaxşı sənədli film", "Ən yaxşı qısametrajlı film " və "Ən yaxşı tələbə filmi" nominasiyalarında yarışacaq.

Konfransda bildirilib ki, bu filmlərdən 15-i dünya, 6-sı beynəlxalq, 28-i regional, ikisi isə Bosniya və Herseqovina tamaşalarında təqdim ediləcək.

Rabia Özmenin rejissorluq etdiyi, Türkiyə istehsalı “Prosedur” qısametrajlı filmi də festivalın “Ən yaxşı qısametrajlı film” nominasiyasına, həmçinin Avropa Film Akademiyası mükafatına namizəd göstərilib.

Asya Günenin çəkdiyi “Sırtüstü” filmi də SFF-də “Ən yaxşı tələbə filmi” nominasiyasında yarışacaq.

“Sarayevonun ürəyi” fəxri mükafatı italyan rejissor Paulo Sorrentinoya təqdim olunacaq.

Qeyd edək ki, festival avqustun 15-dən 22-dək davam edəcək.

# 1330 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər