50-ci Səməd Vurğun Poeziya Bayramı keçirildi

50-ci Səməd Vurğun Poeziya Bayramı keçirildi
3 aprel 2026
# 13:30

1976-cı ildən etibarən ümummilli lider Heydər Əliyevin sərəncamı əsasında "Səməd Vurğun poeziya günləri" qeyd olunur.

AYB Qazax bölməsinin Kulis.az-a verdiyi məlumata görə, bu il də şairin anadan olduğu gündə Qazaxın Yuxarı Salahlı kəndində ulu öndər tərəfindən inşa etdirilmiş "Səməd Vurğunun poeziya evi"ndə 50-ci poeziya günü keçirilib.

Budəfəki poeziya bayramı S.Vurğunun heykəlinin ziyarətindən sonra "Bizdə şeir də vardır, sənət də vardır, şairə, sənətə hörmət də vardır" devizi altında başlamışdır.

AYB Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın aparıcılığı ilə baş tutan bu bayramda ilk söz Qazax RİHB-nin humanitar məsələlər üzrə müavini Gülayə Həsənovaya verilmişdir. O, xalq şairinin sənətkar qüdrətindən söz açmış, onun poeziyasına ümumxalq məhəbbətindən danışmış, sənətə və sənətkara dövlət qayğısını xüsusi olaraq qeyd etmişdir.

YAP Qazax rayon təşkilatının rəhbəri Anar Nəbiyev, S.Vurğun ocağının layiqli davamçısı Vurğun Vəkilov, alimlər - Hüseyn Xəlilov, Natəvan Dəmirçioğlu, Yusif Alıyev şairin poeziyasının incəlikləri ilə bağlı fikirlərini səsləndirmişlər.

Yuxarı Salahlı kənd məktəbliləri şairdən əzbər şeir parçaları söyləmiş, "Vaqif" pyesindən kiçik bir səhnəni təqdim etmişlər. Daha sonra şairlər - Tovuzdan, Ağstafadan, Qazaxdan olan AYB üzvləri N.Əhmədli, S.Qaratorpaq, A.Musazadə, R.Axundlu, M.Rasimoğlu, S.Hidayətoğlu, Ə.Sofoğlu, T.Poladlı, E.Süleymanlı və başqaları şeirlər oxumuşlar.

Aşıq Samir Cəlaloğlu, eləcə də kənddə fəaliyyət göstərən gənc aşıqlar qrupu S.Vurğundan şeirlər ifa etmişlər.

Kənd ağsaqqalı Məhəmməd Vəkilov poeziya bayramının iştirakçılarına S.Vurğun ocağı adından öz təşəkkürünü bildirmişdir.

# 1408 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər