4-cü Milli Kitab Sərgisinə hazırlıqlar başladı

4-cü Milli Kitab Sərgisinə hazırlıqlar başladı
9 sentyabr 2022
# 17:40

24 sentyabr - 1 oktyabr tarixlərində Bakı İdman Sarayında 4-cü Milli Kitab Sərgisi keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbirin təşkilatçısı “Qanun” Nəşrlər Evindən verilən məlumata görə, sərgidə nəşriyyat və poliqrafiya müəssisləri ilə yanaşı satış və yayım müəssisələri, yaradıcı təşkilatlar, müstəqil yazarlar, eyni zamanda əl işləri ilə məşğul olan sənətkarlar və əlilliyi olan şəxslər iştirak edə biləcəklər.

Sərgi üçün zəngin tədbirlər planı nəzərdə tutulub. Bir həftə ərzində oxucu və tamaşaçılar sənət adamları ilə müxtəlif görüşlərin, oxu saatlarının, imza günlərinin, şeir gecələrinin, musiqili proqramların iştirakçısı ola biləcəklər. Eyni zamanda, yazıçılıq, kitab nəşri, kitab tərtibatı, tərcümə və redaktə işi ilə bağlı qızğın müzakirə panelləri təşkil olunacaq.

Burada dərc olunma tarixindən, janrından və ünvanlandığı oxucu kateqoriyasından asılı olmayaraq istənilən kitabı tapıb əldə etmək mümkün olacaq.

Sərginin daha maraqlı keçməsi üçün təklif və arzular da nəzərə alınır.

Hazırlıq işləri ilə bağlı əlavə məlumat veriləcəkdir.

# 2995 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər