24 yaşlı məşhur aktrisa evində ölü tapıldı

24 yaşlı məşhur aktrisa evində ölü tapıldı
17 fevral 2025
# 18:17

24 yaşlı məşhur cənubi koreyalı aktrisa evində ölü tapıldı

Kulis.az xəbər verir ki, evində ölü tapılan aktrisa Kim Se Ron Cənubi Koreyanın ən perspektivli ulduzlarından biri idi və bir sıra uğur qazanan filmlərdə çəkilmişdi.

Dostları polis çağırıb, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətləri aşkar etməyib. O, sonuncu dəfə 2023-cü ildə yayımlanan məşhur Netflix serialı "İt izi"də rol alıb. Lakin onun karyerası 2022-ci ildə sərxoş halda avtomobilini idarə edərək qəza törətməsindən sonra geriləməyə başlayıb.

Aktrisanın maşını bir neçə tikiliyə, o cümlədən transformatorlara, baryerlərə və küçə ağaclarına çırpılıb. Qəza nəticəsində transformator sıradan çıxıb və həmin ərazidə 57 obyektin, o cümlədən yaxınlıqdakı mağazaların elektrik enerjisi 3 saat müddətinə kəsilib, bu da ticarətə zərər vurub.

Hadisəyə görə Kim Se Ron 20 milyon von (10 000 ABŞ dollarından çox) məbləğində cərimələnib və əsasən aktyorluq karyerasından imtina edib. Lent.az

# 1804 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər