"24" serialının ulduzu həbs edildi

"24" serialının ulduzu həbs edildi
14 yanvar 2026
# 13:31

“24” serialında canlandırdığı Cek Bauer obrazı ilə tanınan Hollivud ulduzu Kifer Sazerlend ABŞ-də baş verən insident səbəbilə həbs olunub, daha sonra isə girov müqabilində sərbəst buraxılıb.

Kulis.az xəbər verir ki, hadisə bazar ertəsi gecə yarısından sonra Los-Ancelesdə baş verib.

İddiaya görə, bir şəxs avtomobil paylaşma xidməti göstərən maşına minib, daha sonra sürücüyə hücum edib və onu hədələyib. Polis araşdırması nəticəsində şübhəlinin məhz Kifer Sazerlend olduğu müəyyənləşdirilib və aktyor Hollivudda saxlanılaraq polis nəzarətinə götürülüb.

Los-Anceles Polis Departamentinin açıqlamasında bildirilib ki, zərərçəkmiş sürücünün tibbi müdaxilə tələb edən xəsarəti olmayıb.

Ağır xarakterli təhdid maddəsi ilə həbs olunan 59 yaşlı aktyor eyni gün günorta saatlarında 50 min dollar girov ödədikdən sonra azadlığa buraxılıb. Məlumata görə, Sazerlend 2026-cı il fevralın 2-də məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, bu, Kifer Sazerlendin ilk hüquqi problemi deyil. Aktyor 2004 və 2007-ci illərdə sərxoş vəziyyətdə avtomobil idarə etməkdə təqsirli bilinib. İkinci hadisədən sonra o, 48 gün həbs cəzası almışdı.

Bundan başqa, Sazerlend 2009-cu ildə Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyində keçirilən xeyriyyə tədbirindən sonra məşhur modelyer Cek Makkallouqa kəllə atmaqda ittiham edilərək saxlanılmışdı. Lakin aktyorun ictimai şəkildə üzr istəməsindən sonra həmin iş üzrə ittihamlar ləğv edilmişdi.

Hazırkı insidentin Sazerlendin karyerasına necə təsir edəcəyi isə yaxın aylarda keçiriləcək məhkəmə prosesindən sonra bəlli olacaq.

# 1223 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər