2023-cü ildə AKİ-də görülən işlər

2023-cü ildə AKİ-də görülən işlər
20 dekabr 2023
# 14:55

Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas prioritet məsələlərindən biri də film nümayişlərini təşkil etməkdir. Bunda əsas məqsəd yerli kinorejissorların filmlərini nümayiş etdirməklə onlara dəstək olmaq, yeni xarici filmləri tamaşaçılar üçün əlçatan etmək və tamaşaçılarda film müzakirəsi ənənəsini formalaşdırmaqdır.

AKİ-dən Kulis.az-a verilən məlumata görə, bu il ərzində “Visla” Polşa film festivalı ilə əməkdaşlıq çərçivəsində 6 tammetrajlı bədii film, İsveç Krallığının Bakıdakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində isə 4 tammetrajlı bədii film nümayiş olunub.

2023-cü ilin ilk nümayişində “Səadət sorağında üç qəhrəman” başlığı adı altında üç qısametrajlı sənədli film – Elvin Aşirovun “Eviniz haradadır”, Pərviz Həsənovun “Uşaqlıq fotosu” və Aynur Kazımovun “Unudulmuş arzular” filmləri yer alıb.

Fevral ayında İlkin Yusifin “Mən qəhrəman axtarıram” tammetrajlı sənədli filmi, Arif Babayevin 95 illik yubileyi münasibətilə “Gün keçdi” bədii filmi, “Ən yeni tariximiz kinoda” başlığı altında Qulu Əsgərovun “Hasar”, Əli-səttar Quliyevin “Mən qardaşımı axtarıram” və Rüstəm Babazadənin “Son payız” qısametrajlı bədii filmləri və Nikita Mixalkovun “Şahidsiz” tammetrajlı bədii filmi Azərbaycan dilində dublyajla nümayiş olunub. Elmar İmanovun “Ayrı-ayrı” və “Tabutçunun yelləncəyi” bədii filmləri martda nümayiş olunub. Aprel ayında İlqar Nəcəfin “Suğra və oğulları” və İsmayıl Səfərəlinin “Balıqçının qızı” tammetrajlı bədii filmlərinə yer ayrılıb.

30 may tarixində rejissor Oktay Mir-Qasımın 80 illik yubileyi münasibətilə “Günaydın mələyim” tammetrajlı bədii filmi tamaşaçılara təqdim olunub.

Rejissor İlqar Safatın “Sahə”, Andrey Tarkovskinin “Güzgü” tammetrajlı bədii filmləri iyunda nümayiş olunub.

İlin yeni mövsümündə “Üç evin hekayəsi” başlığı altında Amil Amalın “Vulkan üzərində ev”, Kamal Müşfiqin “Motivator”, Leyla Qənbərlinin “Qırmızı ev” qısametrajlı sənədli filmləri (sentyabr), Şirin Əhmədovun “Qütb ulduzu”, Elnur Paşanın “Yalnız məzar” qısametrajlı bədii filmləri (oktyabr) nümayiş olunub. Oktyabrın 10-11-12-17-24-31 tarixlərində “Visla” Polşa Film Festivalı ilə əməkdaşlıq çərçivəsində 6 tammetrajlı Polşa bədii filmlərinin nümayişi baş tutub.

İsveç Krallığının Bakıdakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində 4 İsveç tammetrajlı bədii filmlərinin nümayişi (7-14-21-28 noyabr) baş tutub. Nümayişin açılışnda səfirliyin əməkdaşları da iştirak edib/

Tofiq Tağızadənin “Yeddi oğul istərəm” tammetrajlı bədii filmi, “Sənədli film gecəsi” başlığı altında Elvin Aşirovun “Gülyetərin qayıdışı”, Pərviz Həsənovun “Fəsillər”, Orxan Adıgözəlovun “Nigaran” qısametrajlı sənədli filmləri, Rəşad Babayevin “Biletsizlər” tammetrajlı bədii filmi (dekabr) nümayiş olunub.

# 1673 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər