20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirildi

20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirildi
21 yanvar 2025
# 15:01

20 yanvar tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM),“İRƏLİ” İctimai Birliyi, “CƏNGİ” Gənclər Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutmuş tədbirdən öncə vətənimizin azadlığı, müstəqilliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizədə həyatını qurban verən şəhidlərimizin xatirəsi anılıb.

Tədbirdə MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, fotomüxbir Rasim Sadıxov qeyd ediblər ki, belə anım tədbirləri vasitəsi ilə tariximizi yazan hadisələr unudulmur. Xalqımız əldə olunan müstəqilliyin necə ağrı-acılarla qazanıldığını, insanların qanı bahasına başa gəldiyini unutmamalı və gələcək nəsillərə də aşılamalıdır. O günləri xatırlayaraq bu faciədə millətimizin necə birlik, şücaət göstərdiyini qeyd edərək xalqımızın bu birliyi ilə həmişə fəxr etdiklərini vurğulayıblar.

Tədbir zamanı fotomüxbir Rasim Sadıxovun 20 Yanvar faciəsi ilə bağlı fotoşəkillərindən ibarət sərgi və Vahid Mustafayevin “Qanlı Yanvar” filmi nümayiş olunub. Nümayişdən sonra filmin yaradıcı qrupu ilə görüş keçirilib.

Anım tədbiri bir daha sübut edib ki, xalqın qan yaddaşının qorunmasında və gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında mədəniyyət sahəsinin rolu danılmazdır.

# 2885 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər