20 Yanvar faciəsi qurbanlarının xatirəsi anıldı

20 Yanvar faciəsi qurbanlarının xatirəsi anıldı
19 yanvar 2026
# 17:50

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə 1990-cı il 20 Yanvarda Bakıda mülki əhaliyə qarşı törədilmiş dəhşətli faciə haqda məlumat verib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu hadisələrə ilk dəfə siyasi qiymət verməsi, onu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını xüsusi vurğulayıb. Həmçinin Firəngiz Əlizadə bu faciə ilə əlaqədar Azərbaycan bəstəkarlarının çoxlu sayda əsərlərinin siyahısını təqdim etməklə, bu əsərlər haqqında fikirlərini bölüşüb.

Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru Jalə Qulamova “20 Yanvar faciəsinin Azərbaycan musiqi mədəniyyətində bədii-estetik təcəssümü”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva “Simfonik musiqidə 20 Yanvar mövzusu” adlı məruzələri dinlənilib.

Məruzələrdən sonra ABİ-nın katibi, Əməkdar incəsənət xadimi, professor Elnara Dadaşova, İdarə Heyətinin üzvləri, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov, bəstəkar Rəna Qədimova, fəlsəfə elmləri doktoru, professor Mina Hacıyeva və başqaları çıxış etmişlər.

Tədbirin bədii hissəsində bəstəkar Tahir Əkbərin solistlər, xor, bədii qiraətçi, azan və simfonik orkestr üçün “Ya Rəbb” poema-kompozisiyasının audiolent yazısı nümayiş olunub.

# 1151 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər