"124 min peyğəmbərin basdırdığı dəyər" - Aqşin Yenisey

"124 min peyğəmbərin basdırdığı dəyər" - Aqşin Yenisey
28 noyabr 2023
# 13:37

Kulis.az Aqşin Yeniseyin "124 min peyğəmbərin basdırdığı dəyər" adlı yazısını təqdim edir.

Mövcud sivilizasiya ailə üzərinə qurulub.

Mülkiyyət anlayışı üzərinə.

Səthi qatda nə baş verməsindən asılı olmayaraq təməl ailədir. Ailə dağılacaqsa, mövcud sivilizasiya dağılacaq. Bu sivizasiyanı yaradan və yaşadan bütün dəyərlər yox olacaq: Təktanrılıqdan tutmuş makdonalds çizburgerinə qədər hər şey başa çatacaq.

Ailədən imtina etmək bütün bu sivilizasiyadan, onun bütün dəyərlərindən imtina etmək deməkdir.
Ailənin dağılması musəvi, xristian, müsəlman olmamaq deməkdir, heç bir yerdə işləməmək deməkdir, heç bir banka pul qoymamaq deməkdir və s.

Çünki bütün bunlar son nəticə olaraq ailəni bəsləyən təssisatlardır. Yəni sən öz ailəni dağıdıb əldə etdiyin azadlıqla başqa ailənin daha xoş gün görməsi üçün yaşayırsan. Nəticədə sənin olmayan bir ailənin köləsi durumuna düşürsən.

Meşədə yaşamadığın müddətcə kölə olmağa da məhkumsan.

"İqtisadi azadlıq" dediyin şey bu köləliyə qoyulmuş təmtəraqlı addır.

Bu gün dağılan ailələrin əksər fərdlərinin azadlığına baxın: hansısa şirkətdə, bankda, ofisdə və s. strukturlarda başqa bir ailənin rifahı üçün can qoyan ailəsiz kölələr deyillərmi bu adamlar?

Bu gün dağılan şey ailə deyil, sıravi kişi-qadın münasibətləridir, yəni böyük ağacın mövsümi tökülən yarpaqları. Bu ağac öz yarpaqlarını mütəmadi özü tökür ki, kökünün sağlamlığını qorusun.

Küftə-bozbaşın duzuna, ya da ayfona-zada görə ailə dağıdanlar zənn etməsinlər ki, sivilizasiyanın təməlini, kökünü sarsıdırlar.

O kökü hər şeydən əvvəl 124 min peyğəmbər basdırıb ora, sən burda birinin öhdəsindən gələ bilmirsən.

# 2628 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər