1000-dən çox sənətçidən "Avroviziya-2026"ya boykot çağırışı: Səbəb İsraildir

1000-dən çox sənətçidən "Avroviziya-2026"ya boykot çağırışı: Səbəb İsraildir
22 aprel 2026
# 10:40

1000-dən çox sənətçi İsrailin iştirakına görə 2026-cı il Avroviziya Mahnı Müsabiqəsini boykot etməyə çağırıb.

Kulis.az xəbər verir ki, "No Music for Genocide" kampaniyasının saytında 1000-dən çox sənətçinin imzasını daşıyan açıq məktub yayımlanıb.

Qəzzada soyqırımın üç ildir davam etdiyi bir vaxtda İsrailin səhnədə yer almasına etiraz edilən açıqlamada Rusiyanın Ukraynaya hücumlarına görə "Avroviziya"dan kənarlaşdırıldığı xatırladılıb.

"Avroviziya"nın cinayətləri ört-basdır etməsinə rədd cavabı

Məktubda deyilir:

"Musiqiçilər və mədəniyyət işçiləri olaraq əksəriyyətimiz Avropa Yayım Birliyi (EBU) üzvüyük. "Avroviziya"nın İsrailin fələstinlilərə qarşı həyata keçirdiyi soyqırımı, mühasirəni və amansız hərbi işğalı ört-basdır etmək, normallaşdırmaq üçün istifadə olunmasını rədd edirik. EBU cinayət ortağı olan İsrail yayımçısı KAN-ı qadağan edənə qədər ictimai yayımçıların, sənətçilərin, şənlik təşkilatçılarının, komandaların və pərəstişkarların "Avroviziya"nı boykot etməsi çağırışlarını dəstəkləyirik".

EBU-nun ikiyüzlü siyasəti

EBU-nun Rusiya və İsrailin cinayətlərinə verdiyi ikiyüzlü reaksiyanın "Avroviziya"nın iddia etdiyi "bitərəflik" illüziyasını ortadan qaldırdığı vurğulanan açıqlamada 2022-ci ildə qurumun Rusiyanın iştirakının "müsabiqənin nüfuzuna xələl gətirəcəyini" əsas gətirdiyi xatırladılıb. Bildirilib ki, Qəzzada 30 aydan çoxdur soyqırımı cinayətinin törədilməsinə, İordan çayının qərb sahilində etnik təmizləmə aparılmasına və fələstinlilərin torpaqlarının qəsb edilməsinə baxmayaraq, İsrailə eyni siyasət tətbiq olunmur.

Bəzi məqamlarda səssizliyin bir seçim olmadığı qeyd edilən bəyanatda "ABŞ və İsrailin "Yeni Qəzza"da həddindən artıq nəzarət altında olan islah düşərgələri qurmaq planları varkən, hansı sənətçi və ya "Avroviziya" pərəstişkarı vicdanla Avstriyada keçiriləcək növbəti müsabiqəyə qatıla bilər?" - deyə sual ünvanlanıb.

İsrailin soyqırımı davam edərkən səssiz qalmağın mümkünsüzlüyü vurğulanan məktubda bu sözlər yer alıb:

"İsrail həbsxanalarındakı uşaqlar bir melodiya zümzümə etdiklərinə görə döyüldüyü halda, Qəzzadakı demək olar ki, hər bir səhnə, studiya, kitab mağazası və universitetdən geriyə qalan tək şey altında qətlə yetirilmiş cəsədlərin hələ də çıxarılmağı və uyğun şəkildə dəfn edilməyi gözlədiyi dağıntı yığınlarıdır... Sənətçilər olaraq, kollektiv təsir və rədd etmə gücümüzün fərqindəyik. Səssiz qalmağı rədd edirik. Cinayət ortağı olmağı rədd edirik. Sektordakı digər şəxsləri də bizə qoşulmağa çağırırıq. Və hər bir sahədə bu cinayət ortaqığına son qoymaq üçün göstərilən bütün prinsipial səylərlə həmrəyik".

Boykota qatılan sənətçilər arasında "Avroviziya"nın keçmiş qalibləri Emmeli de Forest və Çarlie Makkettiqan ilə yanaşı, musiqiçi və bəstəkar Rocer Uoters, amerikalı repçi Maklemor, Peter Qabriel, həmçinin "Massive Attack", "Idles" və "Kneecap" musiqi qrupları da yer alır

# 1129 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər