Kulisin “Twitter Trend” layihəsi

Kulisin “Twitter Trend” layihəsi
3 may 2011
# 12:14
Kulis.az “Twitter” sosial şəbəkəsi ilə bağlı növbəti layihəni davam edir.

“Trend” layihəsində “Twitter”də ən çox müzakirə olunan mövzulara aid seçmə tvitləri təqdim edəcəyik.

Ötən gün Üsame Bin Ladenin ölümü xəbəri bu sosial şəbəkədə ən çox müzakirə olunan mövzu olub. Bin Ladenin ölüm xəbəri də ilk olaraq elə “Twitter”dən yayılıb. ABŞ-ın sabiq müdafiə naziri Donald Ramsfeldin şəxsi heyətinin rəisi Keis Urban xəbəri bu cür yayıb: “Etibarlı şəxsdən Üsamə bin Ladenin öldürüldüyü xəbərini aldım”.

Xəbər bir göz qırpımında yayılıb. Mayın 2-də“Twitter”ə bu mövzu ilə bağlı bir saniyədə dörd min tvit daxil olub. “Twitter” tarixində bu cür axın Yaponiya zəlzələsi zamanı olub: bir saniyəyə 6 min 940 tvit.

Son günlərin hadisələrin aid seçmə tvitlər:

• Şahzadə evləndi. Pis adam öldürüldü... “Disney” cizgi filmlərinin sonunda olduğu kimi.

• Mən yaşadım və gördüm: Maykl Ceksonun ölümü, birinci qaradərili prezident, kral toyu, Misir inqilabı, Bin Ladenin ölümü...Çox sağol, dünya! Bu qədər yetər!

• Bin Ladenin ölümü məni çox populyarlaşdırdı. Lady Gaganın da canını alsam, reytinq rekordları qıraram yəqin. (Əzrayıl adlı istifadəçi)

• Anama deyirəm: “Bin Ladeni öldürüblər”. Deyir: “Aaa, niyə?”

• Bin Laden – yeni balıq yemi.

• Bin Laden, neçənci dəfədi ölürsən?

• Bin Ladenin iPhone-u olsaydı, onu neçə il əvvəl tutmuşduq.

• Görən Üsaməni üzü Məkkəyə basdırıblar?

• Balıqlar Bin Ladeni yeyəcək, biz də balıqları...

• Bir göz qarşılığında bir gözün çıxarılması dünyanı kor edəcək.

• Bu gün biz anladıq ki, “Nobel Sülh Mükafatı” (Obama nəzərdə tutulur-kulis) laureatı da qisas ala bilər.

• Səddam Hüseynlə Üsamə Bin Ladenin cəhənnəmdə görüşməsini görmək istərdim.

• Bin Ladenin ölümü istisnadır, istisnalar isə Əl-Qaidəni pozmaz.

• Bin Ladenin son istifadə tarixi bitdi.


Günel Əsgərzadə
# 2329 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər