Ənənəvi və yeni media: İSVEÇ TƏCRÜBƏSİ

Ənənəvi və yeni media: İSVEÇ TƏCRÜBƏSİ
15 oktyabr 2012
# 13:32
İsveçin ən böyük və məşhur qəzetlərindən biri olan “Aftonbladet” eyni zamanda internet mediasının öncüllərindəndir. Kulis.az sözügedən qəzetin rəqəmsal versiyasının memarlarından olan Kalle Jungkvistin internet mediası və ənənəvi media haqqında maraqlı fikirlərinin yer aldığı kiçik müsahibəsini təqdim edir. Müsahibə Türkiyənin “Hürriyet” qəzetində çap olunub.

- “Aftonbladet” web saytının uğur əldə etməsinin sirri nədədir?


- Qəzetin internet versiyasını yaratmağı əvvəldən düşünmüşdük. Saytın özünün baş redaktoru və idarə heyəti var idi. Əvvəlcə qəzet versiyasında çıxan məqalələri sayta qoyurduq. Sonra isə onlayn qəzetçiliyə keçdik. Son dəqiqə xəbərlərini verməyə başladıq. Web TV yaratdıq. Rəqiblərimiz sadəcə əllərindəki hazır materialları internetə yerləşdirəndə biz qəzetçiliyi internet mediasına uyğunlaşdırdıq.

- Necə düşünürsünüz, bu gedişlə çap mediası tamamilə sıradan çıxacaqmı?

- Müxtəlif növ qəzetlər var. Hərəsinin aqibəti bir cür olacaq. Amma bütün hallarda hamısını çətin proses gözləyir. Avropada qəzetlərin çoxu yaşaya bilməyəcək. Hətta ABŞ-da bəzi qəzetlər artıq ölüb. Skandinaviyada metroda, avtobusda əvvəl hamı qəzet oxuyardı. İndi bu ənənə artıq yoxdur. Hamının əlində mobil cihazlar var. Qəzetlərin yerini Facebook, Youtube, Twitter kimi şəbəkələr tutub.

- Son qəzeti nə vaxt oxuyacağıq?

- Konkret vaxt deyə bilmərəm. Bəzi nəşrlər yenə qalacaq, amma formaları dəyişəcək. Məsələn, həftəsonu qəzetləri olacaq. Markalar isə fəaliyyətini onlayn davam etdirəcəklər.

- Türkiyədə vəziyyət necə olacaq?

- Dünya ilə eyni proseslər gedəcək. Çap mediası Türkiyədə çətin günlər keçirəcək.

- İsveçdə jurnalist olaraq xəbər tapmaqda çətinlik çəkmirsiniz ki?

- Yox. İnternet mediasında bütün son dəqiqə xəbərlərini vermək məcburiyyətində olursan. Bir dəqiqə də olsun boş vaxtımız olmur. Bu jurnalist üçün yuxular aləmi kimi bir şeydir. Bütün böyük xəbərləri birinci siz verirsiniz: televiziya, radio və təbii ki, çap mediasından daha tez.

Hazırladı: Elmin H.
# 3141 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər