“Pornodisklərin hər yerdə satıldığı Yaponiya” ARAŞDIRMA

“Pornodisklərin hər yerdə satıldığı Yaponiya” ARAŞDIRMA
23 aprel 2011
# 02:00
Kulis.az təbii fəlakətləri ilə dünyanın gündəmində Yaponiya haqda maraqlı faktları təqdim edir....


- Yaponiyada ət və balıq ucuz, meyvə isə çox bahadır. Bir alma 2 dollardır.

-Yapon metrosunda yalnız qadınlar üçün nəzərdə tutulan vaqonlar var. Onları adətən səhər iş vaxtlarında quraşdırılar ki, kimsə qadına sataşmasın. Bununla belə Yaponiya dünyada zorakılığın ən az olduğu ölkələrdən biridir.

- Yaponiyada ləyaqət məsələsi siyasətdə də vacib rol oynayır. Sonuncu baş nazirlərdən biri Jukio Hatoyama seçkiqabağı verdiyi vədi yerinə yetirə bilmədiyi üçün istefa vermişdi. Onun iki sələfi də bu səbəbdən istefaya gedib.

- Yaponiyanın şimal şəhərlərində qışda küçələr və səkilər isidilir.

- Amma ölkədə mərkəzi isitmə sistemi yoxdur. Hər kəs mənzilini bacardığı kimi isidir.

- Dəmiryolu platformaları və aeroportdan başqa hər yerdə siqaret çəkmək olar.

- Pornoqrafiya filmləri hər yerdə satılır. Ərzaq dükanlarından tutmuş kitab maqazinlərinə kimi.

-Yaponlar daim yeməkdən danışırlar, amma yemək zamanı onlar qonaqları ilə xoşladıqları mövzular barədə söhbət edirlər. Yemək zamanı “oishli” (dadlı) sözünü bir neçə dəfə söyləməmək ədəbsizlik sayılır.

- Dəmir yollarının 68 fazi özəldir.

-Pornoqrafiya filmləri hər yerdə satılır. Ərzaq dükanlarından tutmuş kitab maqazinlərinə kimi.

- Yaponca ayların adı yoxdur. Əvəzində onlar ayları rəqəmlə deyirlər.

- Yaponiya monoetnik ölkədir. Ölkənin 98.4 faizini etnik yaponlar təşkil edir.

-Dustaqların səs vermə hüququ yoxdur.

- Yaponlar delfinləri də yeyirlər. Ondan şorba, kabab hazırlanır və hətta çiy yeyilir. Delfinin balığa bənzəməyən son dərəcə dadlı əti var.

- Tokio dünyanın ən təhlükəsiz meqapolisidir. Hətta 6 yaşlı uşaqlar belə sərbəst şəkildə nəqliyyatdan istifadə edirlər.

- Xarici ölkələri yaponlar təhlükəli sayır və səyahətdən qorxurlar. Onlara görə Amerika ən təhlükəli ölkədir.

- Yaponiyda dərs ili aprelin 1-də başlayır və üç semesterə ayrılır. Birinci semester apreldən iyula, ikinci sentyabrdan dekabra, üçüncü isə yanvardan marta qədər davam edir

-Yaponiyda təqaüdlər çox aşağıdır. Qocaların təqaüdü 300 dollardır. Hesab edirlər ki, hər yapon özü qocalığının qayğısına qalmalıdır.

-Yaponiyada rasizm mövcud deyil.

- Müştərinin restoranda və alış- veriş edərkən xırda pul qalıq kimi almaması qəbuledilməzdir. Bu o deməkdir ki, müştəri onlarin xidmətini və ya təqdim olunan məhsulu dəyərsizləşdirir.


Rəna Nevzat
# 2948 dəfə oxunub

Oxşar xəbərlər

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

13:48 25 sentyabr 2026
“Dinsiz və imansız” elan edildi, vətənindən qovuldu – Mirzə Əli Möcüzün faciəvi taleyi

“Dinsiz və imansız” elan edildi, vətənindən qovuldu – Mirzə Əli Möcüzün faciəvi taleyi

13:00 25 sentyabr 2026
Amerika 5 milyon dollarlıq tarixi əsəri Suriyaya qaytardı

Amerika 5 milyon dollarlıq tarixi əsəri Suriyaya qaytardı

12:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər