“İnternet çökəcək”

“İnternet çökəcək”
8 sentyabr 2011
# 06:00
Məşhurlar çox vaxt gələcək barədə proqnozlar verməyi sevirlər.

Onlardan bəziləri doğru çıxsa da, bəziləri bir müddətdən sonra çox gülünc səslənir.

“Cnbc-e Business” jurnalı bir neçə il əvvəl deyilən “ən pis proqnozlar”ı toplayıb:

İnternet çökəcək

Texnologiya dünyasının ən tanınmış insanlarından olan Texas Universitetinin professoru Robert Metkalf 1995-ci ildə internetin düşünüldüyü qədər vacib bir şey olmadığını və 1996-cı ildə internetin çökəcəyini iddia edib. Professor Metkalf bu təxminlər doğru çıxmasa, öz sözlərini yeyəcəyini deyib və edib. 1997-ci ildə beynəlxalq konfransların birində müsahibəsi çıxan jurnalı lenderdə doğrayıb və iştirakçıların qarşısında yeməyə başlayıb.

Online alış-veriş alınmaz!

1966-cı ildə “Time” jurnalı: “Əgər bir gün bu baş verərsə, uzaqdan alış-verişə heç kim yaxın durmaz”, - yazıb. Jurnal insanların, xüsusən də qadınların mağazalarda dolaşmağı, əşyalara baxıb seçməyi sevdikləri üçün evdən online alış-veriş etməyəcəklərini yazıb. 2010-cu ildə amerikanlar online alış-verişdə 173 milyard dollar xərcləyib.

Televiziya yaxşı bir ixtira deyil

1946-cı ildə TV aparıcısı Derl Zanuk televiziyanın bazarda xüsusi bir yer tutmayacağını deyib. Aparıcıya görə, televiziya çıxdıqdan 6-7 ay sonra insanlar ondan bezəcəklər. Çünki insanlar hər gecə bir qutunun başında oturmaq istəməyəcəklər. Hazırda isə amerikalılar gündə 5 saata yaxın televiziya qarşısında otururlar.

Günel ƏSGƏRZADƏ

Bunu da oxu: Tarixə çevrilən texnologiyalar

Kulis.az dərgisini Facebookda izlə
# 2687 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər