Vüsalə Mahirqızı: “Kulis.az” layihəsi uğurlu alınıb

Vüsalə Mahirqızı: “Kulis.az” layihəsi uğurlu alınıb
19 avqust 2011
# 12:32
Avqustun 18-də “İrəli” İctimai Birliyi Media Akademiyası layihəsinin tələbələri APA agentliyinin qonağı olublar.

APA-nın məlumatına görə, gənc jurnalistlər agentliyin baş direktoru Vüsalə Mahirqızı ilə görüşüblər. V. Mahirqızı Media Akademiyasının üzvlərinə APA-nın yaranma tarixi, strukturu, iş prinsipləri, xəbərin hazırlanması formaları, informasiyanın cəmiyyətə çatdırılmasında müasir texnologiyaların tətbiqi, agentlik çərçivəsində reallaşdırılan layihələr, gələcək planlar barədə geniş məlumat verib.

APA-nın Azərbaycanın ən yeni mətbuat tarixində bir sıra ilklərə imza atdığını deyən Vüsalə Mahirqızı bu prosesin davam edəcəyini vurğulayıb.

Vüsalə Mahirqızı yeni layihələri olan kulis.az haqda da tələbə-jurnalistlərə məlumat verib: “Əminəm ki, Azərbaycanda Nobel mükafatını ala biləcək səviyyədə yazarlar var. Biz də düşündük ki, bu cür gəncləri bir araya gətirmək, bir ocaq yaratmaq lazımdır. “Kulis.az”ı da məhz bu məqsədlə yaratdıq. Hesab edirəm ki, “kulis.az” layihəsi uğurlu alınıb. Bu saytda biz yeni ədəbiyyat nümunələrini, tərcümələri və s. nəşr etdiririk. Özünə güvənən hər kəsə kulis.az-da meydan veririk. Bizdə heç bir yazara senzura, məhdudiyyət yoxdur”.

APA-nın baş direktoru gələcək planları haqda da danışıb: “Biz internet televiziya yaratmağı düşünürük. Sadəcə bu televiziya ənənəvi televiziyalardan fərqli olmalıdır. Onsuzda insanlar şou verilişlərini televiziyalarda izləyirlər. İnternet televiziyalar daha çox canlı yayımlar gerçəkləşdirməlidir. Əgər belə olsa əminəm ki, hər kəs internet televiziyaları izləyəcək”.

Sonda Vüsalə xanım tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onları peşəkar jurnalist kimi görmək istədiyini deyib. “İrəli” Media Akademiyası layihəsinin rəhbəri Hacıbəy Heydərli də öz növbəsində səmimi görüşə görə Vüsalə xanıma təşəkkür edib.

Xatırladaq ki, Media Akademiya alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərir. Akademiyanın tərkibində fəaliyyət göstərən “İRadio”da, “İRƏLİ Prodakşn”da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər.
# 3784 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər