"Yüz ilin adamları”: Toğrul Nərimanbəyov – Yeni veriliş

"Yüz ilin adamları”: Toğrul Nərimanbəyov – Yeni veriliş
14 iyun 2021
# 18:33

Azərbaycan Televiziyasının “Yüz ilin adamları” layihəsinin budəfəki buraxılışı dünya şöhrətli Xalq rəssamı Toğrul Nərimanbəyovun həyat və yaradıcılığına həsr olunub.

Kulis.az xəbər verir ki, çəkiliş komandası rəssamın ikinci vətəni Fransada olub, onun qızı Əsmər Nərimanbəyova ilə söhbət edib.

Toğrul Nərimanbəyovun yaradıcılığında dönüş yaradan hadisə onun fransalı nazirlə tanışlığıdır. Hadisə Nərimanbəyovun Moskvada keçirilən sərgisindən sonra baş verib. Sözügedən tədbirə möhtərəm qonaq kimi Fransanın ovaxtkı mədəniyyət naziri, yazıçı Andrey Malro da dəvət olunub. Malro sərgi ilə tanışlığı zamanı rəssamın “Azərbaycan musiqiçiləri” əsərinin qarşısında dayanıb. Təşkilatçılar nazirə əsərin müəllifi barədə məlumat veriblər, anasının fransız olduğunu deyiblər. Malro təcili Bakıya gəlib, rəssamın emalatxanasını ziyarət edib. Bu xəbər SSRİ-də böyük maraqla qarşılanıb. Fransız nazir Nərimanbəyovla görüşüb, daha sonra Xalq rəssamının yaradıcılığı barədə geniş resenziya yazıb. Bundan sonra Avropanın bir sıra ölkəsində onun əsərlərindən ibarət kataloqlar nəşr olunmağa başlayıb.

Ə. Nərimanbəyova deyib ki, atası Fransaya gələndə artıq məşhur idi: “Atamın medalları var idi, hökumət tərəfindən təltif olunmuşdu. Dünyada sərgiləri keçirilirdi”.

Verilişdə, həmçinin, Nərimanbəyovun anadan olduğu vaxtdan ömrünün son gününə kimi yaşadıqları, həyat və yaradıcılığı ilə bağlı maraqlı məqamlara toxunulub, ölümündən 1 ay sonra dəfn olunan rəssamın ailə məhkəmələrinin səbəbi açıqlanıb.

Onun Azərbaycanla bağlı həyata keçməyən arzusu da “Yüz ilin adamları”nda dilə gətirilib.

30 yaşında Əməkdar, 33 yaşında Xalq rəssamı olmuş Toğrul Nərimanbəyovla bağlı sirli məqamlara aydınlıq gətirilmiş “Yüz ilin adamları” verilişin tam versiyasına yutubda baxa bilərsiniz.

# 4832 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər