"Ulduz"un iyun sayı çap olundu

"Ulduz"un iyun sayı çap olundu
21 iyul 2020
# 18:30

Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı "Ulduz" jurnalı bu dəfə də maraqlı materiallarla oxucuların görüşünə gəlib.

Jurnalın iyun nömrəsi şair, esseist Fərid Hüseynin özüylə söhbəti və esseləri ilə açılır. Esseləri "Şeir vaxtı" rubrikası ilə Vasif Zöhraboğlunun şeirləri izləyir. Rubrikada, həmçinin, Nigar Arif, Tural Turan, Habil Rzanur, Canər Gökçəoğlu, Ülvi Ələkbərzadənin poeziya nümunələri var.

"Müzakirə saatı" rubrikasında professor Rüstəm Kamalla tənqidçi Nərgiz Cabbarlı Əjdər Olun "Lo" romanı haqqında söhbət edirlər.

"Nəsr" rubrikasında Fariz Yunislinin "Daş", Nizami Adışirinin "Boğça", Xəyalə Sevilin "Ağac ana" hekayələri çap olunub.

"İtki" rubrikasında gənc yaşda həyatını itirən şair Orxan Adiloğlunun şeirləri yer alıb.

Orxan Arasın "Çingiz Aytmatovun əsərlərində yadlaşma", Cavanşir Yusiflinin "Bizim üçün qızılgül", Qəşəm Nəcəfzadənin Nuranə Nurun şeirləri haqqında yazdığı "Sənə bir xəbərim vardı...", Cahangir Məmmədlinin "Qəlbimizin Bəhruz nisgili", Səhər Əhmədin Sehran Allahverdi yaradıcılığına həsr etdiyi "Daşa, divara, quma çizilmiş şeirlər" məqalələri də jurnalın bu sayındadır.

"Böyükdən uşağa" xüsusi rubrikasında şair Qulu Ağsəsin iki yaşlı İpək Məcidə həsr etdiyi şeiri yer alıb. Dinar Həmidovanın tərcüməsində Rey Bredberinin "Dadli Stounun təəccüblü ölümü" hekayəsi "Tərcümə saatı"nda, Mustafa Çəmənlinin "Gözə görünməz düşmən" hekayəsi "Ovqat"da, İlham Abbasovun Con Qolsuorsi haqqındakı "Məhəbbət nasiri" məqaləsi "Ədəbiyyat üzrə Nobel mükafatı laureatı" rubrikasındadır.

Jurnalın ənənəvi "Sərgi" bölməsində Günay Məmmədlinin rəsm əsərləri yer alıb.

# 4585 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər