“Türk dünyasının göy qurşağı” kitabının təqdimatı keçirilib

“Türk dünyasının göy qurşağı” kitabının təqdimatı keçirilib
26 iyun 2021
# 10:30

İyunun 25-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilat tərəfindən çap olunan türkdilli xalqların nağıllarından ibarət “Türk dünyasının göy qurşağı” adlı kitabın təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, kitaba Fonda üzv və müşahidəçi dövlətlərin, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstanın, eləcə də Özbəkistan və Türkmənistanın bir-birindən maraqlı və rəngarəng nağılları daxildir.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək bildirib ki, “Türk dünyasının göy qurşağı” kitabının adı təsadüfi seçilməyib. Çünki hər bir türk nağılı göy qurşağı rəngləri kimi əlvandır. Birlikdə bu rənglər türk dünyasının zəngin mədəni irsini ifadə edir. Kitab, sadəcə, nağıllar kitabı deyil, eyni zamanda, bizim türk dəyərlərimizdir. Çünki hər bir nağılda mərhəmətə, barışa, qarşılıqlı hörmətə, biliyə çağırış səslənir. Digər tərəfdən bu türk dünyasının adət-ənənələridir, çünki hər bir nağılda dədə-babalarımızdan, əjdadlarımızdan qalan adət-ənənələrimiz var. Kitabın özəlliyi həm də ondan ibarətdir ki, hər bir nağılı balaca azərbaycanlı rəssam Məryəm Quluzadənin illüstrasiyaları bəzəyir”.

Mərasim çərçivəsində Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Bakı şəhər 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin təqdimatında nağıl qəhrəmanlarının personajları canlandırılıb, türkdilli ölkələrin milli rəqsləri nümayiş olunub.

Sonra tədbir iştirakçılarına Fond tərəfindən sertifikatlar verilib.

# 3122 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər