"Türk ədəbiyyatı" jurnalı Kamal Abdullaya həsr olunub

"Türk ədəbiyyatı" jurnalı Kamal Abdullaya həsr olunub
9 fevral 2021
# 13:30

Türk Ədəbiyyat Vəqfinin nəşri olan “Türk ədəbiyyatı” jurnalının xüsusi buraxılışı Xalq yazıçısı Kamal Abdullanın 70 illik yubileyinə həsr olunub.

Kulis.az xəbər verir ki, jurnalda Xalq şairi Ramiz Rövşənin Kamal Abdullaya həsr etdiyi “Bir ovuc suda”, Rüstəm Behrudinin həsr etdiyi “Təkbaşına adam” şeiri, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatında postmodernizmin qurucusu və xalq yazıçısı: Kamal Abdulla”, Ahmed B. Erculasunun “Kamal Abdullanın 70 yaşına”, Ali Duymazın “Kılbaşın semantik boşluğu”, professor Jalə Qəribovanın “Var ilə yox arasında: Kamal Abdullanın əsərlərində “yox “ ontologiyasına qısa baxış”, Lyudmila Lavrovanın “Sonuna qədər söylənməmiş sözün sehri”, Hendrik Beoschotenin “İki yarımçıq əlyazma-qarşılaşdırma”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Ədəbiyyatda Kamal Abdulla”, Maks Statkiyeviçin “Kamal Abdullanın “Yarımçıq əlyazma”sından yarımçıq əlyazmaya doğru: yazı əfsanəyə qarşı”, Ramazan Korkmazın “Dədə Qorqudun çağdaş üzü: Kamal Abdulla”, Fatih Kəskinin “Yarımçıq əlyazma”, Beyrəyin mətnlərarası əlaqəsi”, Elçin İbrahimovun “Kamal Abdulla: Qorqudşünaslıq dərsləri”, Rukiyə Boran Kayanın “Unutmağa kimsə yox” romanına dair məqalələri dərc edilib.

Jurnalda Kamal Abdullanın “İnan ona”, “Ölü quş olub daş kimi düşsəm”, “O gün”, “Unutmağa kimsə yox”, “Sən yenə yoxsan” və s. şeirləri də yer alıb.

Eyni zamanda “Türk ədəbiyyatı” jurnalının xüsusi buraxılışındakı “Nə dedilər?” bölməsində Umberto Eko, Franko Kardini, Klod Aliber, Anar, Yuli Polyakov, Həsənağa Turabov, Ramiz Rövşən, İrfan Ülkü və başqalarının Kamal Abdullanın yaradıcılığı haqqında fikirləri də yer alıb.

# 2881 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər