"Soyuq əllər, isti ürəklər" xeyriyyə yarmarkası olacaq

"Soyuq əllər, isti ürəklər" xeyriyyə yarmarkası olacaq
29 noyabr 2019
# 18:47

Dekabrın 1-dən yanvarın 13-dək “Nargis” Fondunun təşkilatçılığı və dəstəyi ilə Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası baş tutacaq.

Tədbirin yüksək səviyyədə keçirilməsinə “Nargis” Fonduna baş sponsorlar olan “Boutique One”, “Azercell”, “Coca-Cola”, “Berg”, “Xırta-Xırt”, “FMG-group”, “Shokki Mokki”, “Azərçay”,”Zeytun Bağları”, “Final yağları”, İndoneziyanın Azərbaycandakı səfirliyi, “Muğan Bank”, eləcə də rəsmi tərəfdaşları “CinemaPlus”, “Azərİşiq”, “Bakı Abadlıq Xidməti”, “Dayaq Group Security” dəstək göstərəcəklər.

Artıq 7 ildir ki, “Soyuq əllər, isti ürək” yarmarkası paytaxtımızın sakinlərinə və qonaqlarına əsl Yeni il ab-havasını və sehrli əhval-ruhiyyəsini bəxş edir.

Fonddan verilən məlumata görə, burada hər kəs doğmaları üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar ala, həmçinin yarmarkada yerləşən kiçik kafelərdə isti şokoladı, bir fincan çayı və ya qəhvəni içə, təamlarımızı və şirniyyatlarımızı dada bilər.

Ənənəyə sadiq qalaraq yarmarkadan toplanılan bütün vəsaitlər xeyriyyə məqsədlərinə yönləndiriləcək. Yarmarkanın sponsorları ilə birgə "Nargis" Fondu əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara, həmçinin aztəminatlı ailələrə köməklik göstərəcək. Bundan əlavə, yarmarkanı dəyərli və fəxri qonaqlar – uşaq evlərin sakinləri ziyarət edəcəklər.

Qeyd edək ki, xeyriyyə fondu 2012-ci ildə "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən Azərbaycanda xeyriyyə ənənələrini yaşatmaq və davam etdirmək məqsədilə təsis edilib, 2013-cü ildə isə aktiv fəaliyyətə başlayıb. Məhz o zaman bu gözəl ənənənin - "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının təməli qoyulub. Təsis olunduğu gündən etibarən fond tərəfindən bir sıra xeyriyyə layihəsi, uşaq evləri və qocalar evlərinə, aztəminatlı ailələrə maddi dəstək, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatları həyata keçirilmişdir. 2019-cu ildən etibarən Fondun tərəfindən Novruz bayramına həsr olunan yaz yarmarkası - “Torpaq əlimdə, bahar ürəyimdə” təşkil edilir.

"Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkamız hər gün dekabrın 1-dən etibarən yanvarın 13-dək səhər saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hər birinizi yarmarkamızda gözləyirik!

Fondun fəaliyyətı barədə ətraflı məlumatı və “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri nargisfund.com saytından, eləcə də rəsmi sosial şəbəkə resurslarından əldə etmək olar. /azertag.az/

# 40173 dəfə oxunub

Oxşar xəbərlər

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər