“Solğun sevgilər” yenidən səhnədə

“Solğun sevgilər” yenidən səhnədə
29 fevral 2020
# 14:29

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyun” teatrı özünün irimiqyaslı sosial layihələri sırasına birini də əlavə edib.

Kulis.az xəbər verir ki, teatr sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin incəsənət vasitəsilə cəmiyyətə inteqrasiyası məqsədilə yaratdığı “Oyun” adlı teatrın ilk tamaşası “Solğun sevgilər” adlanır.

Ötən ilin sonlarında ilk premyerası ilə gündəmə gələn və tamaşaçıların marağına səbəb olan “Oyun”çular çoxsaylı müraciətləri nəzərə alaraq, martın 1-də, saat 19-da Dövlət Kukla Teatrının böyük zalında tamaşanın ikinci premyerası olacaq.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə teatrın birgə layihəsi olan tamaşa görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə hazırlanıb. Müəllifin “Solğun çiçəklər” dramına müraciət edən yaradıcı heyət klassik nümunəyə tam fərqli səhnə yozumu verib.

Pyesin motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirən və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur.

Tamaşanın əsas ideyası sədaqət, dürüstlük, dostluq və saf məhəbbətin əbədiyaşarlığıdır. Fiziki əlillikdən çox mənəvi şikəstliyin qüsur olmasına diqqət çəkən səhnə işində baş rollardan savayı bütün obrazları həvəskarlar canlandırırlar.

Birhissəli səhnə nümunəsində rolları Xəqani Əliyev, Aysel Əlizadə, Nazlı Əliyeva, Səma Məmmədova, Rəsul Məmmədli, Ceyhun Mahmudov ,Taleh İsmayılov, eləcə də aktyorlar Türkay Cəfərli, Cavid İbrahimov, Ülviyyə Əliyeva, Elnarə Qədimova, Zümrüd Qasımova və Günay Əhməd oynayırlar.

Qeyd edək ki, “Oyun” teatrının həvəskarlarına pedaqoq və peşəkar aktyorların iştirakı ilə səhnə danışığı, vokal, xoreoqrafiya dərsləri də tədris olunur.

# 4217 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər