"Qurama" sənətinin bərpasına dəstək layihəsinə start verildi - Fotolar

"Qurama" sənətinin bərpasına dəstək layihəsinə start verildi - Fotolar
28 dekabr 2020
# 19:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə və özünüməşğulluq proqramının dəstəyi əsasında “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) “İçərişəhər” Muzey Mərkəzi tərəfindən Azərbaycanın qədim sənətkarlıq növlərindən olan qurama sənətinin yenidən bərpasına start verilib.

“İçərişəhər" DTMQİ-nin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində sənətkarlığın inkişafı və işə ehtiyacı olan qadınların işlə təmin edilməsi məqsədilə başlayan yeni layihəyə Qala qəsəbə sakini olan 7 qadın cəlb edilib.

Layihənin təqdimatı tədbirində iştirak edən Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib ki, layihəyə cəlb edilən qadınlara tekstil məhsullarının istehsalı üçün özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim edilib. Bu avadanlıqlar vasitəsilə onlar qurama məhsullarını rahatlıqla hazırlaya biləcəklər.

“İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov layihəyə cəlb olunan qadınlara “İçərişəhər” Muzey Mərkəzinin təşkilatçılığı və "Qurama" sənəti üzrə mütəxəssis, beynəlxalq “Qurama” sərgilərinin iştirakçısı Sevil Məmmədovanın rəhbərliyi ilə xüsusi təlimlərin keçiriləcəyini vurğulayıb. Burada birbaşa işlə təmin olunan qadınlarımız, eyni zamanda "Qurama" sənətinin incəliklərinə yiyələnəcək, bu sənəti inkişaf etdirəcəklər.

Layihənin həyata keçirilməsində əsas məqsəd XX əsrin əvvəllərinə qədər geniş istifadə olunan, lakin keçən zaman ərzində bəzi ənənəvi sənət növləri kimi unudulmaq təhlükəsi yaşayan "Qurama" sənətinə yeni həyatın verilməsidir. Həmçinin Qala kəndinin yerli sakinlərinin məşğulluğunu təmin etmək, onlar arasında sənətkarlığı inkişaf etdirmək, "Qurama" sənətinə yeni nəfəs verərək yaşatmaq, onu dünyaya tanıtmaq və gələcək nəsillərə çatdırmaqdır.

# 3765 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər