"Nizami Gəncəvi ili"nə həsr olunmuş müsabiqə elan olunub

"Nizami Gəncəvi ili"nə həsr olunmuş müsabiqə elan olunub
10 fevral 2021
# 18:41

Azərbaycan Bəstəkarlar İttifaqı “Nizami Gəncəvi İli”nə həsr olunmuş qəzəl-romans müsabiqəsi elan edib.

İttifaqdan bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd görkəmli bəstəkar, musiqişünas-alim, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” əsərləri ilə təməlini qoyduğu qəzəl-romans janrının ənənələrinin davam və inkişaf etdirilməsi, Nizami Gəncəvinin zəngin yaradıcılığının müasir dövrdə vokal əsərlərdə musiqi və mətnlərin vəhdəti ilə ədəbi-bədii meyarlara cavab verən yeni qəzəl-romansların aşkar edilməsidir.

Müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni qəzəl-romanslar təqdim edilməlidir. Təqdim ediləcək əsərlər vokal ilə müxtəlif tərkibli instrumental ansambllar (2-3 alət) üçün nəzərdə tutularaq, 7-10 dəqiqəlik vaxt həcmində olmalıdır.

Müsabiqə iştirakçıları əsərin klavirini PDF formatında (və ya partiturasını) və yüksək formatda yazılmış CD audio versiyasını, romansın mətnini və müəllif haqqında məlumatları (ad, soyad, təhsil, ünvan, telefon) Azərbaycan Bəstəkarlar İttifaqının [email protected] və [email protected] elektron ünvanına təqdim еtməlidirlər. Əsərlər səs və fortepiano ifasında və ya səsyazma şəklində təqdim olunmalıdır. Müsabiqədə peşəkar bəstəkarlar iştirak edə bilərlər.

Müsabiqənin qalibləri 18 sentyabr - Milli Musiqi Günündə elan ediləcək.

# 2526 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər