“Biz Kann festivalına ermənilərdən əvvəl getmişik” - Nazirlikdən açıqlama

“Biz Kann festivalına ermənilərdən əvvəl getmişik” - Nazirlikdən açıqlama
2 iyul 2020
# 11:15

“Biz Qarabağ mövzusunda filmləri ermənilərdən qabaq festivallara çıxarmışıq. Dünyanın üç böyük film festivalı - Kann, Venesiya və Berlinə biz ermənilərdən qabaq gedib çıxmışıq.”

“Altı il bundan əvvəl Qarabağ mövzusunda çəkilən “Nabat” filmi Venetsiya Film Festivalının əsas müsabiqə proqramlarından biri olan Horizontal proqramına seçilib, iştirak edib və orada nümayiş olunub.”

Bu sözləri Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin aparıcı məsləhətçisi Elşad Əliyev erməni rejissorun Qarabağla bağlı çəkdiyi filmin Kann festivalında iştirakı ilə bağlı yaranan narahatlığa münasibət bildirərkən söyləyib. O daha sonra əlavə edib:

“Sonuncu” qısametrajlı filmimiz 128 ölkədən təqdim olunmuş 1350 filmin içərisindən 9 filmdən biri kimi seçilib Kann Film Festivalının əsas proqramında yarışıb.

“Nabat” filmi dünyanın demək olar ki, bütün qitələrini əhatə edən 30-a yaxın festivalda əsas müsabiqələrdə iştirak edib və on beş mükafat alıb. “Üçüncü günün adamı” bir neçə festifalda iştirak edib və Kanadada keçirilən A kateqoriyalı Qahirə festivalında və başqa festivallarda iştirak edib.

“Axşama doğru” filmi Kann film festivalının Tənqid hədəfi adlı müsabiqə proqramında iştirak edir. Gələcəkdə də təbii ki, Azərbaycan filmləri festivallarda iştirak edəcək. Qarabağ mövzusunda filmlər çəkiləcək. Mətbuatda ittihamlar irəli sürülür. Amma reallıq bundan ibarətdir ki, Azərbaycan filmləri kino tariximizə nəzər salanda qeyd etdiyim vaxt ərzində heç vaxt bu qədər nüfuzlu festivallarda iştirak etməyib, mükafat almayıb.”

# 3512 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər