"Azdrama"nın aprel repertuarı - Online tamaşalar

"Azdrama"nın aprel repertuarı - Online tamaşalar
1 aprel 2020
# 18:55

Koronovirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında Akademik Milli Dram Teatrının həyata keçirdiyi tamaşaların onlayn nümayişi davam edir.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, əvvəlcədən müəyyən edilmiş virtual repertuara uyğun olaraq, saat 12:00 və 19:00-da facebook sosial şəbəkəsində təqdim olunan səhnə əsərlərinə böyük maraq var. Tamaşalar ölkə daxilində olan teatrsevərlərlə bərabər Amerika, Türkiyə, Rusiya, İsrail, İngiltərə, Almaniya və başqa ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də izlənilir. Mart ayında böyüklər üçün “Hamlet, “Ah, Paris, Paris”, “Ölülər”, “Hələ sevirəm deməmişdilər”, “Qarabağnamə”, uşaqlar üçün “Tülkü, tülkü, tünbəki, “Buratino”, “Çipallino” tamaşaları nümayiş olunub.

Teatr aprel ayı üçün də virtual repertuarını hazırlayıb. Aprel ayında ümumilikdə 30 tamaşanın nümayişi planlaşdırılır.

Teatrdan bildirilib ki, bu, “Evdə qal, özünü və yaxınlarını qoru”, “Biz birlikdə güclüyük” şüarları ilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə mədəniyyət ocağının rəhbərliyinin və kollektivinin mənəvi dəstəyidir.

Qeyd edək ki, Akademik Milli Dram Teatrı onlayn tamaşalarını “Sənət maneə tanımır” sloqanı ilə təqdim edir.

1 Aprel 19:00 “ Köhnə ər “ Ə. Əmirli

2 Aprel 19:00 “Xəcalət” H. Mirələmov

3 Aprel 19:00 “Müfəttiş” M.V. Qoqol

4 Aprel 19:00 “Xanuma” A. Saqareli

5 Aprel 19:00 “Cuppolino” C. Rodari

6 Aprel 19:00 “Şah Qacar” Ə. Əmirli

7 Aprel 19:00 “Yaşar” C. Cabbarlı

8 Aprel 19:00 “Vəsiyyət” H. Mirələmov

10 Aprel 19:00 “Cəhənnəm sakinləri” Elçin

11 Aprel 19:00 “Nazirin xanımı” B. Nuşiç

12 Aprel 12:00 “Boy çiçəyi” İ. Əfəndiyev

12 Aprel 19:00 “Buzlar ölkəsində”

13 Aprel 19:00 “Müsyö Jordan və Dərviş Məstəli Şah” M. F. Axundov

14 Aprel 19:00 “Özümüzü kəsən qılınc” B. Vahabzadə

15 Aprel 19:00 “Sinif yoldaşları” Yş. Polyakov

16 Aprel 19:00 “Bir iki bizimki” K. Abdulla

17 Aprel 19:00 “Mənim ərim dəlidir” Elçin

18 Aprel 19:00 “Aydın” C. Cabbarlı

19 Aprel 12:00 “Beffan nənələr”

19 Aprel 19:00 “Almaz” C. Cabbarlı

# 5778 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər