"Aclıq oyunları" seriyasından 4-cü kitab gəlir

"Aclıq oyunları" seriyasından 4-cü kitab gəlir
16 may 2020
# 15:45

Əsasında film çəkilən və 3 milyard dollar gəlir gətirən , “Aclıq oyunları”nın dördüncü kitabı dünya oxucularına təqdim olunacaq.

Kulis.az xarcii mediaya istinadən xəbər verir ki, 54 dilə tərcümə olunan və 52 ölkədə 100 milyondan çox oxucuya çatan “Aclıq oyunları” seriyasının dördüncü kitabı çapdan çıxıb. “Quşların və ilanların nəğməsi” adlı kitab mayın 19-da “DEX” etiketi ilə nəşr olunacaq. Kitab eyni zamanda səsli kitab olaraq da yayımlanacaq.

ABŞ yazıçısı Suzanna Koilnsin əfsanəvi trilogiyasının dördüncü kitabını on illik fasilədən sonra qələmə alıb. “Aclıq oyunları” nın ilk kitabı 2008- ci ildə nəşr olunub və yavaş-yavaş bütün dünyanı təsiri altına alıb. Əsərdə hadisələr uzaq gələcəkdə, Cənubi Amerikada qiyamətdən sonra qurulan antiutopiya ölkəsi Panemdə yaşayan 16 yaşlı Ketnis Everdininin ağzından danışılır. Ölkədəki siyasi nəzarəti yüksək inkişaf etmiş Kapitoliya idarə edir. Aclıq Oyunları hər il Panemi əhatə edən 12 mahaldan seçilmiş 12-18 yaş arası bir qız və oğlanın ölümlə mübarizə apardıqları televiziya proqramıdır.

Roman bir çox yazıçılardan (məsələn, Stefan Kinq, Stefani Mayer, Con Qrin və s.) rəğbət görüb. Bəzi tənqidçilər Kolinsin romanı ilə Kouşun Takaminin "Şahanə Döyüş" (1999) əsərinə oxşarlıqlar olduğunu bildirsə də hekayə və obrazlar bəyənilib. Kolins kitabı yazarkən Yunan mifologiyasından, Romadakı qladiator döyüşlərindən və şou proqramlardan ilham alıb. Roman Kaliforniya Gənc Oxucu Medalı daxil olmaqla bir çox mükafata layiq görülüb, 2008-ci ildə "Publishers Weekly" tərəfindən ilin ən yaxşı kitablarından biri seçilib.

Qeyd edək ki, roman əsasında 2012-ci ildə Qeri Rosun rejissorluq etdiyi film çəkilib. Filmdə Cennifer Lourens, Coş Hatçerson, Liam Hemsvort və Vudi Harrelson çəkilib.

# 5343 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər