Türkiyə tarixi əsərlərin qanunsuz yolla ölkədən çıxarılmasına icazə vermədi

Türkiyə tarixi əsərlərin qanunsuz yolla ölkədən çıxarılmasına icazə vermədi
21 oktyabr 2026
# 14:00

Türkiyənin Ədirnəşəhərinin İpsala və Qapıqüllə gömrük keçid məntəqələrində həyata keçirilən iki ayrı əməliyyat zamanı ölkədən qanunsuz yolla xaricə aparılan 7 minə yaxın tarixi əsərin çıxışına imkan verməyib.

Kulis.az xəbər verir ki, Yunanıstana gedən yük maşınlarında aparılan axtarışlar zamanı gizlədilmiş sikkələr, ox ucları, üzüklər və müxtəlif qədim aksessuarlar aşkar olunub.

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy əməliyyatla bağlı açıqlama verərək, mədəni irsin ölkə sərhədləri daxilində qorunmasının vacibliyini vurğulayıb və Ticarət Nazirliyi ilə Gömrük Mühafizə dəstələrinə təşəkkür edib.

Qeyd edək ki, ələ keçirilən bütün tarixi eksponatlar müsadirə edilib, hadisələrlə bağlı baş prokurorluq tərəfindən məhkəmə-istintaq tədbirlərinə başlanılıb.

# 187 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər