Tom Kruzun yeni filmi kassada uğursuzluqla üzləşdi

Tom Kruzun yeni filmi kassada uğursuzluqla üzləşdi
5 oktyabr 2026
# 17:00

Alexandro Qonsales İnyarritunun rejissorluğu və Tom Kruzun baş rolu ilə böyük gözləntilərlə nümayişə girən "Digger" filmi kassada uğursuzluqla üzləşib.

Kulis.az xəbər verir ki, 180 milyon dollar büdcəsi və 100 milyon dollar marketinq xərci olan ekran işi Şimali Amerikada ilk həftəsində cəmi 8 milyon, qlobalda isə 20 milyon dollar gəlir əldə edə bilib.

Film ətraf mühit fəlakətinə səbəb olan neftdən və ekoloji böhrandan bəhs edən qara yumor üslubundadır.

Bu nəticə "Warner Bros." studiyasının 2026-cı ildəki maliyyə itkilərini daha da dərinləşdirib.

Qeyd edək ki, studiyanın ilin sonundakı əsas ümidi dekabrda təqdim olunacaq "Dune: Part Three" filmidir.

# 77 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər