Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”
23 oktyabr 2026
# 17:30

Sumqayıt Dövlət Dram Teatrında görkəmli ictimai xadim, Xalq şairi Sabir Rüstəmxanlının eyniadlı əsəri əsasında hazırlanmış “Sürgün sevgi” tamaşasının premyerası keçirilib.

Kulis.az xəbər verir ki, ikihissəli, faciə janrında hazırlanan səhnə əsəri Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında ərsəyə gətirilib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rəssamı Osman Salmanov, tərtibatçı rəssamı Nizami Dadaşev, xormeysteri Əməkdar müəllim Firəngiz Xəlilova, plastik hərəkətlər və rəqslər üzrə quruluşçusu Kamil Ağazadə, videoqrafı isə Rais Bəhramidir.

“Sürgün sevgi” faciə janrının xarakterik xüsusiyyətlərini özündə birləşdirərək Azərbaycan xalqının XX əsrdə üzləşdiyi tarixi sınaqları, milli taleyin ağrılı məqamlarını və ictimai-siyasi sarsıntıların insan həyatında yaratdığı faciəvi nəticələri səhnəyə gətirir.

Tamaşanın səhnə həlli, musiqi və xoreoqrafik elementləri, eləcə də aktyor ifaları əsərin dramatik məzmununun açılmasına xidmət edir.

Milli faciə janrının emosional və mənəvi yükü vasitəsilə tamaşaçıları tarix, yaddaş, azadlıq və milli məsuliyyət mövzuları ətrafında düşünməyə sövq edən səhnə əsəri keçmişin ağrılı hadisələrinə teatr sənətinin dili ilə nəzər salır.

Səhnə əsərində rolları Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Rauf Ağakişiyev, Elmira Kərimova və Sədaqət Nuriyeva, eləcə də aktyorlar Elay Xasıyev, Vəfa Qurbanova, Rövşən Əsgərov, Məryəm Hüseynli, Əjdər Zeynalov, Habil Xanlarov, Cavanşir Eyyubzadə, Mətanət Əmrullayeva, Yeganə Məmmədvəliyeva, Emil Həmidov, Günəş Bağırova, Elmir Mehdiyev, Mətləb Səfərli, İlham Səfərli, Dağlar Rüstəmov, Akif Mirzəyev, Rövşad İlyasov, Siyavuş Mahmudov və Kamran Muradlı ifa ediblər.

# 153 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər