Mikayıl Ruhandın kitabı çap olundu

Mikayıl Ruhandın kitabı çap olundu
26 oktyabr 2026
# 10:50

Şair-filosof Mikayıl Ruhandın “Qapı” kitabı çap olunub.

Kulis.az xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında nəşr olunan “Qapı” axtarışların kitabıdır.

İnsanın özünü, dünyanı, həyatı, həqiqəti və yaşamağın mənasını axtarışlarının... Kitabda, həmçinin, Qərb filosoflarının və Şərq müdriklərinin həyata, insana, dünyaya münasibətləri də geniş yer tutur. Müxtəlif fəlsəfi baxışların qarşılaşdırılması, onların ortaq və fərqli cəhətlərinin araşdırılması insanın həqiqət axtarışlarına yeni məna qazandırır.

Oxucular kitabda “Qədimilikdən hikmətə”, “Müəllimlik və tələbəlik”, “Asif Ata və Oşo”, “Konfutsidən Lao Tzıya”, “Tanrı səsi”, “Teatr-oyanan suallar” kimi mətnlərlə tanış ola biləcəklər.

Qeyd edək ki, ön sözün müəllifi Dalğa Xatınoğlu, redaktoru Mənsurə Qaçayqızı olan kitabın yaxın günlərdə təqdimat mərasimi keçiriləcəkdir.

# 164 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər