Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi
30 oktyabr 2026
# 13:00

Macarıstan əsilli britaniyalı rejissor Peter Medak 88 yaşında Los-Ancelesdə vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri rejissorun ailəsinə istinadən məlumat yayıb.

Onun ölüm səbəbi isə açıqlanmayıb.

Sənətçi Medak “Qaçqın”, “Krey qardaşları” filmləri ilə tanınıb.

O, həmçinin “Sopranolar”, “Həkim Haus” və “Hanibal” seriallarının bəzi bölümlərini çəkib.

Qeyd edək ki, 2014-cü ildə Medak Los-Ancelesdə Macarıstan Kino Festivalında kinoya töhfəsinə görə fəxri mükafat alıb.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər