Məşhur aktyor fəxri mükafata layiq görüləcək

Məşhur aktyor fəxri mükafata layiq görüləcək
21 oktyabr 2026
# 12:40

Dünyaca məşhur aktyor Endrü Qarfild fevralın 6-da keçiriləcək mərasimdə Santa-Barbara Beynəlxalq Film Festivalının fəxri mükafatlarından olan "Maltin Modern Master"i almağa hazırlaşır.

Kulis.az xəbər verir ki, festival çərçivəsində kinotənqidçi Leonard Maltin ilə səhnəyə çıxacaq aktyor zəngin karyerasından və Luka Quadanyinonun rejissorluğu ilə çəkilən "Süni" adlı filmdə "OpenAI" rəhbəri Sem Altmanı canlandırdığı yeni rolundan bəhs edəcək.

Karyerası ərzində iki dəfə "Oskar"a namizəd olan, "Qızıl Qlobus" və "Toni" mükafatlarını qazanan Qarfild "Hacksaw Ridge", "The Social Network", "Silence", "The Amazing Spider-Man" və "Under the Banner of Heaven" kimi məşhur layihələrlə tanınır.

Qeyd edək ki, fevralın 3-dən 13-dək 42-ci dəfə təşkil olunacaq festivalda verilən bu mükafata daha əvvəl Robert Dauni, Keyt Blanşett, Kristofer Nolan, Corc Kluni və Denzel Vaşinqton kimi ulduzlar layiq görülüb.

# 98 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər