Məişət ilə dəbdəbəni qarşılaşdıran sərgi keçiriləcək

Məişət ilə dəbdəbəni qarşılaşdıran sərgi keçiriləcək
6 oktyabr 2026
# 12:45

Portuqaliyanın paytaxtı Lissabondakı MAAT - İncəsənət, Memarlıq və Texnologiya Muzeyi 2027-ci il fevralın 22-dək "VENUS – Valentino Qaravani Joana Vasconcelosun gözündən" adlı sərgiyə ev sahibliyi edəcək.

Kulis.az xəbər verir ki, Valentino Qaravani Fondu, Cankarlo Ciammetti və portuqaliyalı heykəltəraş Joana Vaskonselosun birgə əməkdaşlığı ilə ərsəyə gələn layihə məişət aləmi ilə dəbdəbəli həyatı qarşı-qarşıya gətirəcək.

Sərgidə Vaskonselosun heykəltəraşlıq nümunələri ilə məşhur italyan modelyeri Valentino Qaravaninin illər boyu yaratdığı geyimlər eyni mekanda təqdim olunacaq.

Sərginin mərkəzində tekstil materiallarından hazırlanmış nəhəng "Valkyrie Venus" heykəli dayanır.

Rəssam qadının evdəki gizli, görünməyən obrazı ilə Valentino geyimində cəmiyyət qarşısına çıxarkən ilahəyə çevrilməsi arasındakı ziddiyyəti ütülər, qazanlar və təmizlik fırçaları kimi məişət əşyaları vasitəsilə bədii dildə ifadə edib.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər