Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri üçün müsabiqə elan edildi

Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri üçün müsabiqə elan edildi
21 oktyabr 2026
# 14:48

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyi (ARKA) 2027-ci il üzrə dövlət sifarişi ilə istehsal ediləcək film layihələri üçün müsabiqə elan edib.

Kino Agentliyindən APA-ya verilən məlumata görə, müraciətlərin qəbulu 2 noyabr 2026-cı il tarixindən başlayacaq.

Bildirilib ki, müsabiqə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına və təbliğinə, vətənpərvərlik ruhunun formalaşmasına təsir göstərən, milli kimliyi bədii təsirli forma və nümunəvi obrazlarla nümayiş etdirən filmlərin istehsalının maliyyələşdirilməsi, habelə kino sənayesinin nümayəndələrinin dəstəklənməsi məqsədi ilə həyata keçirilir.

Müsabiqəyə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər kommersiya hüquqi şəxslər tərəfindən təqdim edilən tammetrajlı bədii film layihələri təqdim oluna bilər.

Layihələr məşhur xadimlərin həyatı, tariximiz, nağıl və ya dastanlarımızın motivləri, mədəni irsimiz, Azərbaycan tarixində iz qoyan qadınlar, Vətən müharibəsi, ailə dəyərləri və demoqrafik problemlərlə bağlı mövzularda olmalıdır. Həmçinin uşaq filmləri və musiqili janrda filmlər müsabiqədə iştirak edə bilər.

Müsabiqənin reqlamenti ilə ARKA-nın rəsmi saytında tanış olmaq mümkündür.

# 101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər